Müğənni Rəqsanə İsmayılova ilə evini girov qoyaraq borc götürdüyü şəxslə məhkəmə çəkişməsi bir neçə aydır davam edir.
Hazırda müğənni qarşı tərəfi apellyasiya məhkəməsinə verib. Belə ki, müğənni bir neçə il əvvəl evini girov qoyaraq qarşılığında həmin şəxsdən 419 min manat borc alıb. İsmayılova borcun 332 min dollarını qarşı tərəfə ödəyib. Buna baxmayaraq, borcu verən şəxs evi müğənniyə qaytarmaqdan imtina edib.
Daha sonra məlum olub ki, müğənni girov qoyduğu evi geri ala bilmir.
Hazırda Moskvada olan müğənni evini geri qaytarmaq üçün yaxın günlərdə Bakıya gələcək.
Qeyd edək ki, Rəqsanənin evini mənimsəyən şəxsin polis rəisi vəzifəsində çalışdığı bildirilir./BAKU.WS
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?