“Gallenwagen” və “Range Rover” markalı iki avtomobil alıb...
Tanınmış müğənni Rəqsanə İsmayılova keçmiş sevgilisi tərəfindən məhkəməyə verilib.
gundemxeber.az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, müğənni ilə yolları ayrılan Faiq Azayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Rəqsanənin ona vurduğu maddi ziyanın ödənilməsini tələb edib.
İlk məhkəmə iclası hakim İkram Şirinovun sədrliyi ötən ilin dekabrın 24-də keçirilib və iclas təxirə salınıb.
Növbəti məhkəmə iclası yanvarın 21-də keçiriləcək.
Qeyd edək ki, uzun illərdir ki, bu iki şəxs arasında məhkəmə qalmaqalı davam edir. Rəqsanə F.Azayevi qardaşı ilə birgə onu döydürməkdə ittiham edib. Faiq Azayev isə müğənninin ona 290 min dollar borclu olduğunu iddia edir:
“O, bu pulu mənə mütləq qaytaracağını vəd edərək borc götürüb. Onunla “Mercedes Gallenwagen” və “Range Rover” markalı iki avtomobil alıb, həmçinin ofisinin icarə haqqını, jurnalının buraxılmasına görə xərcləri ödəyib”.
Sorğu
Yeni dizaynımız necədir?