Aktrisa Pərvin Abıyeba "Hər Şey Daxil" verilişinin qonağı olub.
Gundemxeber.az xəbər verir ki, aktrisa verilişdə "İnstagram" hesabındakı izləyicilərindən gileylənib. O, sosial şəbəkədə 1 milyona yaxın izləyicisinin olduğunu dilə gətirərək, onlardan bəzi şikayətlər edib: "Dünən öz hesabımda qapalı geyimdə, gözə batmayan bir foto paylaşmışam. Yəni heç bir açıq-saçıqlıq yoxdur. Amma çox az bəyənmə gəlir. Yəni abırlı şəkil paylaşanda, bəyənmirlər. Bir az açıq-saçıq olan kimi minlərlə bəyənmə gəlir. Özü də həm bəyənib, həm də söyürlər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?