Bir müddət əvvəl özündən 12 yaş kiçik sevgilisi olduğunu açıqlayan meyxanaçı Samirə Yusifqızı gəlinlik geyərək obyektivlərin qarşısına keçib. 51 yaşlı meyxanaçının bu fotoları izləyiciləri təəccübləndirib.
“Yeni Sabah” meyxanaçı ilə əlaqə saxlayaraq səs-küyə səbəb olan fotoların hansı məqsədlə çəkildiyini öyrənib. S.Yusifqızı toya hazırlaşdığını etiraf edib: “Toy var, bəli. Tezliklə toy olacaq, hazırlıqlar gedir”. O, ailə quracağı şəxsin bir müddət əvvəl açıqladığı sevgilisi olduğunu da qeyd edib. Xatırladaq ki, Samirə xanımın bir qızı və bir oğlu var. Övladları evlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?