Türkiyənin məşhur pop ulduzu Sıla məhkəməyə verilib.
Professor Orxan Kural sənətçinin “Karanfil” adlı mahnısında siqareti təbliğ etdiyini iddia edib.
O, bundan narahat olaraq məhkəməyə müraciət edib. “Bütün dünyada uşaq və gəncləri tütündən uzaq tutmaq üçün məşhur simalardan istifadə edilir. Lakin Sıla Gencoğlunun mahnısının sözlərində siqaretin təbliği var. Bəstənin içində 5 dəfə israrla siqaret çəkməkdən bəhs edilir”, - deyə O. Kural bildirib.
Sorğu
Yeni dizaynımız necədir?