Türkiyənin məşhur müğənnisi Deniz Seki azərbaycanlı ifaçı Səidə Dadaşovanı məhkəməyə verib.
Gundemxeber.az xəbər verir ki, D.Sekinin Dadaşovanı məhkəməyə verməsinin səbəbi onun "Hayat İki Bilet" adlı mahnısının oğurlanması olub. Belə ki, türk sənətçi mahnısının icazəsi olmadan azərbaycanlı həmkarı tərəfindən səsləndirildiyini öyrənib. "Mənəvi haqqlarıma təcavüz edildi" deyən Seki Dadaşovadan şikayətçi olub. Araşdırma aparan İstanbul Sinai Tədqiqat Bürosu Dadaşovanın mahnını "ARB" kanalında oxuduğunu müəyyən edib. Ancaq prokuror Sekinin məhkəməyə müraciət etməsi lazım olduğunu və bunun cəza ilə nəticələnməyəcəyini vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?