Bred Pitt və Ancelina Colinin böyük övladları atalarının 56 yaşı münasibətilə ilə təşkil olunmuş tədbirdə iştirak etməyiblər. Keçmiş cütlüyün kiçik uşaqları aktyorla münasibətləri saxlasalar da, böyük uşaqlar – övladlığa götürülənlər onu sadəcə görməzdən gəliblər.
Gundemxeber.Az xəbər verir ki, onun ad günü tədbirinə ancaq kiçik övladları gəlib.
Şaylo, Noks və Vivyen Bredin Los-Ancelesdəki evində bir neçə saat keçirdikdən sonra cangüdənləri və sürücüləri onları geri aparıb.
“Bred bu görüşü çoxdan gözləyirdi, digər övladlarını görmədikdə çox kədərləndi”, - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, boşandıqdan sonra ulduz cütlük bir-biri ilə əlaqə yaratmırlar. Coli keçmiş ərini alkoqolizmdə və aqressiv davranışda ittiham etmişdi. Pitt zərərli vərdişdən qurtulmaq üçün hətta psixoloji yardım alıb. Çünki uşaqların himayəsini almış Ancelina ancaq bu halda ona övladları ilə görüşməyə icazə verirdi.
Növbəti dəfə aktyor Yeni il ərəfəsində övladları ilə görüşə biləcək.
“Onların sevimli ailə ənənələri var. Pitt uşaqları üçün hədiyyələr hazırlayır, sonra süfrə arxasına keçib, birlikdə yemək yeyib, musiqi dinləyirlər. Bred hər zaman uşaqların hədiyyə seçiminə diqqətlə yanaşır. Qiymətli deyil, uşaqlara lazım olacaq hədiyyələr alır”, - deyə nəşr mənbəyə istinadla bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Coli və Pitin 13 yaşlı qızı Şaylo adını dəyişərək Con olub. Hazırda o, cinsini dəyişmək üçün hormonal terapiya kursundan keçir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?