GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Azərbaycanlı aktrisa erotik səhnələrə çəkilə bilərmi?

Azərbaycanlı aktrisa erotik səhnələrə çəkilə bilərmi?

Tarix: 23-08-2013, 11:41 Bölmə :Maqazin Baxış: 1 343
Azərbaycanlı aktrisa erotik səhnələrə çəkilə bilərmi?
Fuad Poladov: “Bu haqda qəti fikir söyləmək çətindir”; Mehriban Xanlarova: “Mən belə şeyləri normal qəbul edirəm”; Həmidə Ömərova: “Mənə belə bir təklif gəlsə, qəbul etməzdim”; Ayaz Salayev: “Bir çox məsələləri kişi ilə qadın intim münasibətdə olmaqla həll etməlidirlər”
Əməkdar artist Vəfa Zeynalovanın “İlahi məxluq” filmində oynadığı açıq-saçıq səhnələrdən sonra azərbaycanlı aktrisaların erotik filmlərə çəkilib-çəkilməməsi cəmiyyətdə müzakirə edilən mövzulardan biridir. Bir qrup hesab edir ki, Azərbaycan qadınının belə bir açıq-saçıq səhnələri canlandırması həm milli-mənəvi, həm də islami dəyərlərimizə ziddir. Buna əks mövqedən yanaşanlar isə hesab edirlər ki, əsl sənətkar, əsl aktrisa üçün qapalı mövzular, qaranlıq qalan kadrlar olmamalıdır. Bəs görəsən, kino mütəxəssisləri, aktyorlar bu haqda nə düşünürlər?
Xalq artisti Fuad Poladov: “Əvvəla, ssenarini əvvəlcədən təsdiq edən Bədii Şura, Mədəniyyət Nazirliyi həmin səhnələri lazım bilmirlərsə onu ssenaridən çıxarırlar. Əgər Bədii Şura həmin epizodları ssenaridən çıxarmırsa, deməli, bunu rejissor çəkməlidir. Digər tərəfdən də həmin səhnə filmin süjet xəttinə uyğundursa və estetik baxımdan, sənət baxımından baxımlıdırsa, o zaman mən burda pis bir şey görmürəm. Ancaq ümumilikdə, mən bu suala birmənalı şəkildə cavab verə bilmərəm. Çünki azadlıq elə bir məfhumdur ki, bunu hər kəs öz bildiyi kimi başa düşür. Mən bu gün desəm ki, pis baxıram, o zaman həmin insanların azadlıqlarını əlindən almış oluram. Ona görə də bu haqda qəti fikir söyləmək çətindir. Ancaq ümumilikdə, həmin epizodlar filmin süjet xəttinə uyğundursa, bunu normal qəbul etmək olar”.
Xalq artisti Həmidə Ömərova: “Rejissor Bernardo Bertoluççinin ”Sonuncu imperator" filminə nəzər salsaq görərik ki, orda açıq-saçıq bir səhnə var, ancaq o səhnə elə çəkilib ki, orda heç nə başa düşülmür, amma eyni zamanda operatorluq və incəsənət nöqteyi-nəzərindən çox böyük zövqlə çəkilmiş bir əsərdir. Bu elə göstərilib ki, orada pornoqrafiyadan əsər-əlamət yoxdur. Ona görə də filmin məzmunu, süjeti naminə bunu eləmək olar. Məsələn, belə bir süjet qoyaq ki, vaxtilə bir uşağın ailəsinə təcavüz ediblər. Bunu uşağın gözü ilə göstərmək olar. Ancaq o səhnənin özünü yox, onu dolayısı ilə tamaşaçıya çatdırmaq lazımdır. Mən onun çılpaq şəkildə göstərilməsinin tərəfdarı deyiləm. O ki qaldı Azərbaycanlı bir aktrisanın açıq-saçıq səhnələrə çəkilməsinə, mən bunu istəməzdim. Çünki bu bizim mentalitetimizə uyğun deyil. Məsələn, mənə belə bir təklif gəlsə, bunu qəbul etməzdim".
Rejissor Ayaz Salayev: “Rejissor Yavər Rzayevin ”İlahi məxluq, filmindən sonra bu məsələ gündəmə gəlib. Buna görə Vəfa Zeynalovanın başına oyun açırlar. Mən də bu haqda öz mövqeyimi bildirmişəm, aktrisanı müdafiə etmişəm. Vəfa Zeynalova adıçəkilən filmdə öz peşəkarlığını göstərib. Əgər hər hansısa bir aktyor və ya aktrisa belə səhnələrdən imtina edirsə, bu onun qeyri peşəkarlığının göstəricisidir.
Bu gün Azərbaycan cəmiyyəti rejissorları xarici aktyorlarla işləməkdə ittiham edir. Azərbaycanlı bir aktrisa isə belə rollara çəkiləndə cəmiyyət bunu qəbul etmək istəmir. Niyə xarici bir aktrisa belə rollara çəkiləndə susuruq, özümüzdən kimsə çəkiləndə bunu qəbul etmək istəmirik? Bu təbii ki, natamamlıq kompleksindən yaranan bir etirazdır. Bu həmin etirazdır ki, qadın maşın sürəndə ona pis baxırlar, əyri baxırlar. Ancaq mən hesab edirəm ki, artıq ailələrdə ənənəvi münasibətlər sistemi dəyişib. Bu gün qadınlar iqtisadi cəhətdən daha çox müstəqillik əldə ediblər. İqtisadi müstəqilliyin artması da ənənəvi münasibətlərin dəyişməsinə gətirib çıxarır.
Mənim yadımdadır, 90-cı illərin əvvəllərində Şahmar Ələkbərovun “Sonsuz gecə” filmindən sonra qadın cəmiyyəti yığışıb piket keçirdilər. Çünki həmin filmdə qadın qəhrəman fahişədir. Onlar iddia edirdilər ki, bu filmdə qadınlar təhqir olunub. Ancaq zaman onların bu etirazının yanlış olduğunu göstərdi. Təbiətin özündə öz-özünü davam etmək qanunu var. Qadın-kişi münasibətləri də bu qanundan irəli gəlir, bu qanunun göstəricisidir. Cinsi münasibətləri, şəhvani hisləri cəmiyyət çox ləzzətlə qəbul edir. Bu da həyatın özü deməkdir. Həyatın özünü göstərməyə çalışan rejissor da təbii ki, orada qadın-kişi münasibətlərini, insanlar arasındakı şəhvani hissləri göstərməlidir. İnsanlar arasındakı ən mühüm münasibətlərdən biri də şəhvani, cinsi münasibətlərdi. Bir çox məsələləri kişi ilə qadın kafedə çay içə-içə yox, bir yastığa baş qoyaraq intim münasibətdə olmaqla həll etməlidirlər. Bu, normal bir şeydir. Ona görə də azərbaycanlı aktrisa da açıq-saçıq, erotik səhnələrə nəinki çəkilə bilər, hətta çəkilməlidir də. Və cəmiyyət də, insanlar da bunu normal qəbul etməlidir. Çünki sənət qadağaları sevmir, qadağalarla yaşamağa məhkum deyil".
Əməkdar artist Mehriban Xanlarova: “Mən bu sual qarşısında aciz qalıram. Çünki bu haqda danışan kimi, mətbuatda, sosial şəbəkələrdə mənə qarşı hücumlar olur. O dəqiqə facebook da başlayırlar ki, 65 yaşında qadın erotik səhnələrdən danışır. Əvvəla, mənim 65 yaşım yoxdur, 45 yaşım var, ikinci bir tərəfdən də bunun yaşa nə dəxli var? Ona görə də bu haqda danışmaqdan çəkinirəm. Ancaq bizim kişilərimiz öz arvad-uşaqları ilə oturub xarici filmlərdə belə açıq-saçıq səhnələrə baxırlar, hər şey yaxşıdır, əladır deyirlər. Azərbaycanlı bir aktrisa isə belə açıq-saçıq səhnələrə çəkilən kimi daş-qalaq edirlər, aləm dəyir bir-birinə. Ona görə də azərbaycanlı aktrisalar belə açıq-saçıq epizodlara çəkilməkdən qorxur. Bax bizim əsas bədbəxtçiliyimiz də bundadır. Xaricilər çəkəndə hər şeyin əla olduğunu deyirik, özümüz çəkiləndə tənqidə, təhqirə məruz qalırıq. Bu gün biz yaxşı film istəyirik, yaxşı aktrisa istəyirik. Ancaq o yaxşı aktrisa qaragüruhçuların tənqid-təhqirlərindən çəkindiyi üçün belə filmlərə getmir. Bizim bildiyimiz bir şey var bu bizim milli mentalitetimizə yaraşmır. Başqa bildiyimiz bir şey yoxdur. Bu da cəmiyyətimizin buna hazır olmadığının göstəricisidir. Mən belə şeyləri normal qəbul edirəm, aktrisa üçün qapalı mövzu, qaranlıq qalan kadrlar olmamalıdır. Əgər xarici filmlərdə belə səhnələrə baxırıqsa, niyə öz aktrisalarımız çəkilməsin?"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erotik filmə çəkildiyinə görə Vəfa Zeynalovanı boşayırlar

    Erotik filmə çəkildiyinə görə Vəfa Zeynalovanı ...

    12-08-2013, 16:47

  • 
  • Türk aktrisanın açıq-saçıq səhnələri - FOTOLARI

    Türk aktrisanın açıq-saçıq səhnələri - FOTOLARI ...

    13-11-2014, 00:58

  • 
  • Nurəddin Mehdixanlı  "erotik görüntüləri"ndən danışdı-VIDEO

    Nurəddin Mehdixanlı "erotik ...

    6-08-2013, 15:57

  • 
  • Kino tarixinin ən cəsarətli erotik səhnələri - Fotolar

    Kino tarixinin ən cəsarətli erotik səhnələri - ...

    2-12-2014, 00:40

  • 
  • Əməkdar artistin qızından hoteldə açıq-saçıq FOTOLAR

    Əməkdar artistin qızından hoteldə açıq-saçıq ...

    26-01-2015, 20:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu