Artıq bir neçə aydır ki, pop kraliçası Madonna diz ağrısından əziyyət çəkir.
Müğənni növbəti konsert proqramını təxirə salıb. O, 6 aydır ki, bu ağrılara görə səhhətilə bağlı problem yaşayır. Buna görə, ifaçı hündür daban ayaqqabı geyinə bilmir. O, bunun səhnə performansına da mane olduğunu bildirib.
Bu barədə Madonna öz "İnstagram" səhifəsində yazıb. Onun konserti 21 dekabr tarixində Mayami çimərliyində baş tutmalı idi. Lakin məşq zamanı pop diva bu cür ağırlığa dözə bilməyəcəyini başa düşüb.
"Son 2 gündür günüm həkimlər, ultrasəs müayinələrində və rentgendə keçib. Onlar mənə istirahət etməyi məsləhət gördü", - ifaçı qeyd edib.
Xatırladaq ki, ilk dəfə diz zədəsi səbəbindən Madonna oktyabr ayında olan konsertini ləğv edib. Bundan sonra o, daha 3 konsertini təxirə salmaq məcburiyyətində qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?