Madonnanın komplekssiz şəxs olması sir deyil. Madonna hər kəsin onun etdiklərindən xəbərdar olduğunu bilir.
Harper's Bazaar jurnalına müsahibəsində müğənni həyatda etdiyi bəzi seçimlərinin onun pərəstişkarlarına mənfi təsir etdiyindən danışıb. Madonna jurnala "mən çox qeyri-ənənəvi ailə qurmuşam. Mənim özümdən 30 yaş kiçik olan sevgililərim olub. Bu isə insanları narahat edir. Düşünürəm ki, mənim etdiyim hər bir şey insanları rahatsız edir" deyə bildirib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Madonna isə ənənəvi həyat tərzində maraqlı deyil və heç dəyişmək fikri belə yoxdur.
58 yaşlı müğənni jurnala "mən ifadə azadlığına inanıram. Mən senzuraya inanmıram. Mən hər kəsə eyni hüquqların şamil olunmasına inanıram. Mən həm də inanıram ki, qadınlar seksuallıqlarını və seksual düşüncələrini azad ifadə etməlidir" deyə Madonna bildirib.
Madonna haqda və ya onun həyat tərzi haqda hər kəs istədiyini düşünə bilər. Amma nəyə görə kim isə Madonnanın dəyişməsini istəsin?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?