"Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi "bizi bağışlayın" deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik".
Gundemxeber.Az bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Amil Xəlilə müsahibəsində deyib. Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib:
"Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər milli məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam".
Əməkdar artist seçki ərəfəsində ona qarşı baş tutan təxribatlardan da söz açıb:
"Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram.Əsla belə şey olmayıb".
Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?