Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənni ilə bağlı sosial şəbəkədə saxta sözlərin və fotoların yayılmasıdır. Ötən gün isə Seyidcahanın adından seçkilərlə bağlı anti-reklam xarakteri daşıyan foto hazırlanıb və Facebook-da yayılıb. Bu foto müğənnini özündən çıxarıb.
Əməkdaşımızla söhbətində E.Seyidcahan polisə şikayət etdiyini bildirib: "Mənə qarşı təxribatdır. Mənimlə dövlətin arasına nifaq salmaq istəyən insanlardır. Mən dövlətimizdə olan qanunlarla fəxr edirəm. Bunu kimin etdiyini araşdırıb tapacam. Bu bədxah kimdir və onu nə narahat edir ki, belə şəkillər hazırlayır, insanları təhqir edir. Bir vətandaş kimi qanunlarımıza riayət etmişəm. Bu şəxsin tapılamsı üçün polisə şikayət etdim və onu məhkəməyə verəcəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?