Bu gün 46-cı dəfə keçirilməsi planlaşdırılan Türkiyənin məşhur "Altın Kelebek" mükafat mərasimi təxirə salınıb.
Bu barədə tədbiri təşkil edən "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilib ki, tədbir Suriyanın İdlib ərazisinə hücum nəticəsində Türkiyənin 33 şəhid verməsi səbəbilə təxirə salınır.
Xatırladaq ki, Azərbaycanlı məşhurlarda - Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Pərvin Abıyeva və Oksana Rəsulova İstanbulda baş tutacaq tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdülər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?