Gənc müğənni Afaq Aslanın doğum günüdür. Mediaya doğum günü təəsüratlarını bölüşən Afaq maraqlı açıqlama verib.
Müğənni deyib ki, tanınmış iş adamı olan yaxın dostlarından biri ona 250 min manatlıq avtomobil hədiyyə edib: “Bu avtomobildən Azərbaycanda yoxdu. Çox həyacanlandım. Bahalı olduğuna görə əvvəlcə götürmək istəmirdim. Amma sonra gördüm ki, onu pis vəziyyətdə qoyuram, ürəyini qırıram, qəbul etdim”.
Afaq başqa hədiyyələr də aldığını deyir: “İlk təbriki ailəmdən aldım, daha sonra dostlarım məni cürbəcür hədiyyələrlə təbrik etdilər. Zinət əşyalarını çox sevirəm. Buna görə də hədiyyələr arasında bunlar çoxluq təşkil edir”.
Doğum günündə Afaqın özünün özünə də hədiyyəsi olub: “”Aysan gecələrim”də adlı mahnıma çəkilən klip bu axşam Lider Televiziyasının “Klip-parad”ında səslənəcək”. / Publika.Az /
Sorğu
Yeni dizaynımız necədir?