Ötən ay Bakıya gələn türkiyəli müğənni Ebru Polatın ölkəmizi pislədiyi xəbərləri yayılıb. Açıqlama verən Ebru Polat yayılan xəbərləri təkzib edib və Azərbaycanı çox sevdiyini bildirib: "İnanın ki, bu xəbərlərin heç birisi doğru deyil. Azərbaycanı və insanlarını çox sevirəm. Afaq mənim haqqımda yanlış xəbərlər yayıb. Bunu da niyə etdiyini bilmirəm. Ümumiyyətlə mənlə danışmır, niyə küsdüyünü də bilmirəm. Konsertimiz olmalı idi, ancaq məkanda problem yarandığı üçün təxirə salındı. Afaqın məndən küsməyi bu xəbərlərin doğru olduğuna əsas vermir".
Qeyd edək ki, mətbuatda yazılan xəbərlərə görə, yaxın rəfiqə olan Ebru Polat və Afaq Aslan iyunun 20-də Bakıda konsert proqramı ilə çıxış etməli idilər. Bu günlərdə məlum oldu ki, konserti Afaq Aslan tarixə salıb. Buna səbəb isə Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz fikirlər olub. Vətənimizi sevməyən Ebru bunu Türkiyədə açıqladığı üçün rəfiqələrin münasibəti korlanıb və Afaq konserti təxirə salıb.
Mod.Az-a danışan Afaq Aslan məsələnin təfərrüatlarını açıqlayıb: “İstəməzdim ilk konsertim təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz də bu səbəbdən pozuldu. Azərbaycanın çörəyi yemək qərarına gələn Ebru Polat buranı bəyənmirmiş. Hər kəsin yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da heç nə olmamış kimi burada konsert verməyə və digər açıqlamaq istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı”.
A.Aslan qeyd edib ki, əgər onun konserti təxirə salmaq kimi imkanı olmasaydı belə, yenə də səhnəyə çıxmaqdan imtina edərdi: “Axı mən necə vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm? Konsertin təşəbbüskarı mən idim. Amma iş bu yerə çatdı, vicdanım yol vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın rəfiqə idik. Ancaq artıq ürəyim sındı. Çətin qulağım eşitdiyim sözlərdən sonra ona qarşı yenidən əvvəlki kimi yaxşı münasibət bəsləyə biləm. Mən bu sənətdə yeni-yeni addımlarımı atsam da vətənimi heç nəyə qurban verə bilmərəm. Ən böyük problem onun Azərbaycan haqda səsləndirdiyi o dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi xüsusiyyətlər gördüm. Üzülürəm olanlara”. ANSPRESS
Sorğu
Yeni dizaynımız necədir?