Rusiyanın 70 yaşlı Xalq artisti Nadejda Babkina koronavirusa yoluxduğu zaman ailəsinə yaxın insanlarla təmasda olduğundan onların da testinin nəticəsi pozitiv çıxıb.
Aprelin 1-dən Moskvadakı tibb müəssisəsində müalicə alan sənətçi xəstəxanaya yerləşdirilməmişdən əvvəl şəxsi sürücüsünü koronavirusa yoluxdurub.
Sürücü bundan xəbərsiz olub və mütəmadi şəkildə ailəsi ilə təmasda olduğundan onları da koronavirusa yoluxdurub.
Bir neçə gün öncə həkimlər N.Babkinanın hələ də intensiv şəkildə müalicəsini davam etdirdiyini, səhhətində müsbət irəliləyişlər olduğunu qeyd ediblər.
Lakin mediaya Xalq artistinin sürücüsü və onun ailəsi haqqında heç bir məlumat verilməyib.
Qeyd edək ki, iki həftədən çoxdur Xalq artisti N.Babkina ikitərəfli sətəlcəm ilə paytaxtın tibb mərkəzinə gətirilərək, təcili şəkildə hospitalizə olunub. Müğənninin COVID-19 testinin cavabı müsbət olub.
Sorğu
Yeni dizaynımız necədir?