GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Mehriban xanım soruşub ki, bəs Əlibaba müəllim hanı...”

“Mehriban xanım soruşub ki, bəs Əlibaba müəllim hanı...”

Tarix: 3-09-2013, 22:30 Bölmə :Maqazin Baxış: 1 135
“Mehriban xanım soruşub ki, bəs Əlibaba müəllim hanı...”
Əlibaba Məmmədov: “Mən mahnı bəstələmişəm e, ləhlilülü yox...; indi məndən kasıb xanəndə yoxdur...”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova ondan müsahibə almaq istədiyimizi bildirəndə öncə etiraz elədi: “Mən daha sözümün hamısını demişəm. İndən belə nə moda minən deyiləm, nə də moddan düşən. Bu yaşımda nə deyim, nə danışım?!”

Bizdən “Əlibaba müəllim, elə gördüklərinizi, bildiklərinizi bir də danışsanız, bəsimizdir” cavabını alınca razılaşdı: “Olsun, qızım, ötən günləri bir də yada salmaq pis olmaz”.

Ustad haqlı imiş. Pis olmadı...

- Əlibaba müəllim, özünüzü təqdim edin də...

- Ay qızım, məni tanımayan var?

- Elə gənclərimiz var ki, böyük sənətkarlarımızı tanımırlar. Adını eşidəndə heyrətlənirlər. Bəlkə biri sizin yalnız ifanızı dinləyib, amma kim olduğunuzu, bu yerlərə necə gəldiyinizi bilmir...

- Mən kənd uşağı olmuşam. Əslim bakılıdır. Maştağada doğulmuşam. Atam təsərrüfatçı kişi olub. Anam isə evdar qadın idi. Çox kasıb olmuşuq. Yatsam yuxuma da girməzdi ki, bir gün xanəndə olacam, bu yerlərə gəlib çıxacam. Özüm əslində neftçi olmaq istəyirdim. Məktəbdə də yaxşı oxuyurdum. İstedadımı görüb məni Aşqabada oxumağa göndərdilər. Mühəndis olacaqdım guya. Onda da Aşqabad zəlzələdən batdı, mənim arzum da içimdə batdı. Bəxtim gətirmədi. Çıxıb gəldim Bakıya. Mən uşaqlıqdan bütün musiqi alətlərində çalmağı bilirdim. Özü də müəllimsiz öyrənmişəm bütün alətləri. Fitri istedadım olub. Bunun Allah vergisi olduğunu indi-indi başa düşürəm. Sonra Bakı toylarına getməyə başladım. Bir gün gördüm yazıblar ki, istedad axtarırıq. Muğama uşaqlıqdan həvəsim olub. Əmim də xanəndə idi. Getdim o müsabiqəyə. Kasıb olsaydım da həmişə səliqəli və təmiz geyinərdim. Rəhmətlik Zülfüqarov da münsiflər heyətində idi. Dedi ay oğlan, nə oxuyacaqsan. Dedim “Çahargah”. Dedi ay bala, bu ağır muğamdır, başqa bir şey seç oxu. Dedim Zülfü dayı, mənim üçün ağır olan sizin qarşınızda oxumaqdır. Başını silkələdi ki, yaxşı, oxu. Oxudum. Başlarını razılıqla yellədilər. Sonra “Bəstə-nigar” oxudum. Sonra özümün yazdığım bayatılarım var idi, onları təsnif eləmişdim. Onları da oxudum. Soruşdular bunlar kimindir. Utandığımdan demədim ki, özüm yazmışam. Əmim xanəndə idi axı. Dedim əmim Güləhməd yazıb. Onları da bəyəndilər. Yanlarına çağırıb dedilər ki, səni filarmoniyaya işə götürdük. 18 yaşımda musiqi təhsilim olmasa da məni işə götürdülər. Dedilər filarmoniyanın nəzdində estrada qrupu var, hər çıxışına 80 manat verəcəyik. 1949-cu ildə işə düzəldim. Heç qoymadılar ki, estrada da oxuyum. Elə xalq mahnıları oxutdururdular. Sonra da məni filarmoniyaya solist götürdülər. O vaxtkı pulla 1500 manat, yəni 1961-ci ildən sonrakı sovet rublu ilə 150 rubl da pul verdilər. Mənə bu taleyi Allah yazıb yəni, özümdən olmadı.



- Bəs sonra necə oldu ki, musiqi təhsili aldınız?

- Bir toyda məni Asəf Zeynallı ocağının müəllimi gördü. Soruşdu ki, musiqi təhsilin varmı. Dedim yox. Dedi niyə gəlib təhsil almırsan. Susdum. Dedi bəlkə imkanın yoxdur. Mən də kənd uşağıyam, nə bilim ki, Asəf Zeynallı nədir, kimdir. Soruşdum ki, o nədir. Dedi musiqi məktəbidir də.Yerini soruşdum. Səhəri gün getdim məktəbə. Oxudum, məni o saat məktəbə - Seyid Şuşinskinin sinfinə götürdülər. Seyid Şuşinskinin 19 tələbəsi var idi. Mənimlə oldu 20 tələbə. O tələbələr arasında Zeynəb Xanlarova, Elmira Rəhimova və başqaları var idi. 5 il təhsil almalı idim. 23 yaşım vardı. Buna görə məni gecə məktəbinə saldılar. Bu da mənim üçün çox yaxşı oldu. Ağanın, yəni Seyid Şuşinskinin sinfinə gedənə kimi elə bilirdim hər şeyi bilirəm. Ağanın birinci dərsində gördüm ki, dəryada damla qədər bilirmişəm. Ustadım mənim “mən”imi ortaya çıxardı. Allah ona qəni-qəni rəhmət eləsin. Mən tez evlənmişəm. 20 yaşımda. Ailəni saxlamaq üçün toylara daha çox vaxt ayırırdım. Həm filarmoniyada işlərimi yolunda aparırdım, həm də toylara gedib ailə saxlayırdım. Heç bilmədən, xəbərim olmadan mənə əməkdar artist adı verdilər. Çox tez populyar oldum, sevildim. Konsertimə biletlər iki saata satılıb qurtarırdı. Qısa zamanda elə məşhurlaşdım ki, qalxdığım zirvəni görəndə özüm-özümə xoflanırdım. O vaxt oxuyan da az idi. Yoxsa indikilər kimi?! İndi saysan da qurtarmaz. Xan əmi, Müssəlim, Əbülfəz, Şövkət, Sara, Fatma, Tükəzban... Onlardan sonra da uzağı on xanəndənin adını çəkə bilərəm. Hamısı da bu gün də var, sabah da olacaq. Bu gün oxuyanlar isə nə bu gün var, nə də sabah olacaq. Mənim üzərimdə həmişə Allah nəzəri olub. Ona görə də mən bəxtəvərin qarşısına minlərlə maneə çıxıb. Amma Allah hər bir pisliyi məndən xəbərsiz özü yox edib. Həmişə “Allah” deyib durmuşam. Həyatda heç bir daydayım, arxam-dayağım olmayıb. Amma gəlib xalq artisti olmuşam, “İstiqlal” ordeni almışam, professor olmuşam, “Şöhrət” ordeni almışam.

- Ömrünüzün yarıdan çoxunu müəllim işləmisiniz. İndi müəllim-tələbə münasibətlərini qorumaq çox çətinləşib...

- Elədir, qızım. Azərbaycanda mənim qədər uzunömürlü müəllim işləyən olmayıb bəlkə də. Mənə Əhmədxan əmi zəng elədi ki, öz aramızda danışmışıq, məzunlardan səni seçib Azəf Zeynallı adına musiqi məktəbinə müəllim dəvət edirik. 33 yaşım vardı onda, cavan idim. Toylara, konsertlərə gedirdim. Vaxtım yox idi müəllim işləyim. Dedi məndən müəllim olar, müəllimin heç olmasa bir 40-50 yaşı olmalıdır. Dedilər biz artıq qərar vermişik, səhər gəl. Getdim. O gündən müəllimlik edən Əlibaba son zamanlarda yaş məsələsi ortaya çıxana kimi bir çox yerlərdə işlədi. Tələbələrimin sayı-hesabı yoxdur. Münasibəti elə qurmuşam və qorumuşam ki, bu gün bir tələbəm deyə bilməz ki, Əlibaba məndən bir manat alıb. Tələbəyə heç vaxt “2” yazmazdım. “2” yazan müəllimi də danlayardım. Tələbə öyrənmirsə, günah müəllimindir. Tələbələrimə qışqırıb danlamışam da. Amma pul alan müəllimlər imtahanda tələbənin qarşısında başıaşağı olurdu. Mən bu yaşıma qədər nə yalan danışmışam, nə də kiməsə pislik eləmişəm. Bunu heç bir bəndə deyə bilməz.



- Hazırda muğama münasibətlə sizin vaxtınızdakı münasibətin fərqi çoxdurmu?

- Bəs necə?! İndi muğama çox böyük pullar xərclənir. Allah Mehriban xanımın canını sağ eləsin. Muğam unudulmuşdu. Atılıb-düşənlərin əlindən efirdə muğama vaxt yox idi. Amma bu gün Mehriban xanımın dəstəyi ilə həftədə iki dəfə canlı efir vasitəsilə muğam müsabiqəsi gedir. Əvvəllər, bizim vaxtımızda SMS-zad yox idi. Düzgün seçim gedirdi.

- Demək istəyirsiniz ki, bu gün müsabiqə düzgün yolla getmir?

- Bizdə ilk muğam müsabiqəsi SMS-lə oldu, dəvət elədilər, getmədim. Sözüm keçməyən yerdə nə işim var?! Mehriban xanım Nadir Axundovdan soruşub ki, bəs Əlibaba müəllim hanı, onu dəvət etməmisinizmi. Nadir də deyib dəvət elədik, müsabiqə SMS-lə olduğu üçün gəlmədi, dedi ki, orada SMS-in sözü keçəcək, mənim yox. Pulu olan SMS-i göndərəcək, qalib olacaq. Buna görə də ikinci müsabiqədə SMS-i yığışdırdılar, mən də getdim. Muğam üçün xanəndə yetişdirmək asan deyil. Xanəndə 30 ildə, 50 ildə bir yetişir.

- Deyirlər o müsabiqələrdə yerlipərəstlik var. Belədirmi?

- Yalan-palan danışmasınlar. Heç kimin haqqına girməsinlər. Bunu deyən səhv edir. Bu, dördüncü müsabiqədir, birincisində iştirak etməmişəm. Nə qədər tapşırıq olsa da tapşırılan adam birinci turdan keçsə də ikinci turdan keçə bilməyəcək. Qoymaram. Hətta oğlum olsa belə, oxuya bilməsə, qoymaram keçə. Biz ora niyə getmişik? Öz irsimizi qoyub getmək, davam etdirmək üçün. Yalan yer versək, muğam məhv olacaq.

- Arzular bitmir. Bu gün özünüzə nə arzu edirsiniz?

- Məni ilahi yaradıb, himayəsində olmuşam,

Yerə Quran göndərib, ayəsində olmuşam.

Nə olmuşamsa olmuşam, sayəsində olmuşam...

Şükür sənə ilahi, qoymamısan ki, qəlbimdə qalsın bir arzu. Bütün arzularıma catmışam. Şanslı insanam. Mənim qarşımda maneələr bir var çox, bir də var çox-çox olub. Mahnılar oxumuşam, lentlərini pozublar. Bizim vaxtda fonoqram olmayıb. Aranjeman nədir, bilmirem. 100 mahnı bəstələmişəm. Hamısı da sevilir, xalq tərəfindən bəyənilib. Onları nota da salmışam. Adi xanəndəyəm, bəstəkar deyiləm. Bu gün hansı bəstəkarın adını çəkə bilərsən ki, onun bəstələdiyi bütün mahnılar xalq tərəfindən qəbul edilib, dillər əzbəri olub?! Mən paliforniya, arteciya bilmirəm. Amma mənim musiqilərimdə bunların hamısı var. İndi bu yaşda təəccüblənirəm ki, mən bu qədər işləri neçə gördüm. Oturduğum yerdə şer yazıram. Niyə başqası yaza bilmir? Cabbar Qaryağdıoğlu XIX əsrdə yaşayıb. 200 mahnı bəstələyib. Ondan sonra da Əlibaba 50 ilə 100 mahnı bəstələyib. İlə ikisi düşür, cox yox. Amma mahnı bəstələmişəm, day ləhlilülü yox. Tələbələrimə də deyirəm, şöhrətin, pulun, uğurun dalınca qacmazlar. O, sənə tərəf gəldisə, gələcək, gəlməsə - arxasınca qaçmaq əbəsdir. Bu gün məndən kasıb xanəndə yoxdur. Evim budur, gözünün qabağındadır. Bu evdə XXI əsri xatırladan, yada salan nə görürsən? Amma bəs indi “bir il səhnədə saç ağartmışam” deyənlərin daha nələri yoxdur?! Mən buna da şükür deyirəm. Çünki mən maddi cəhətdən onlardan kasıb olsam da mənəvi cəhətdən çox zənginəm. İnsan həyatdan köçəndə onu insanların yaddaşında üç amil saxlayır - yaxşı övlad, yaxşı əməllər, yaxşı əsərləri.



- Alim Qasımovu bəyənmirdiniz. Sonralar fikriniz niyə dəyişdi?

- Yox, elə deyil. Onu Asəf Zeynallıya mən qəbul elətdirmişəm. Ona zalda ilk qulaq asan da mən olmuşam. Sadəcə onu bir dəfə efirdə gördüm, xaricdə başı daz qırxılmış halda bir xarici ilə eyni səhnəni bölüşürdü. Baxdım gördüm ki, muğamı azdırır, pərakəndə oxuyur. Əziyyətimiz hədər gedir. Tənqid etdik, sağ olsun, eşitdi. Bu gün göz qabağındadır. Alim ayrı aləmdir. Bizim xanəndələr arasında Alimdən savayı dövlət mükafatı alan hələ olmayıb.

- Estrada deyəndə hansı müğənnilər yadınıza düşür?

- Flora Kərimova, Yalçın Rzazadə... Ölənlərdən isə daha bir də olmayacaq. On ildir müşahidə edirəm, bir dənə bəstəkar yoxdur. Hələ təzə bir mahnı yoxdur ki, mən onu sevim, bəyənim, əzbərləyim və ümumiyyətlə qulaq asım. Bugünkü mahnıların nə sözlərində məna var, nə də musiqisində. Müğənnilər çox savadsızdır. Əlağa Vahidi bilməyən müğənni olmamalıdır. Musiqi ilə sözün vəhdətini ayırd edə bilməyən niyə müğənni olsun? Getsin kartofunu satsın, uşağını saxlasın da. Öyrədincə mənimki mənə dəyir. Bəlkə də Allah məni çox yaşadır ki, gənclər savadsızlığa getməsin. 50-ci illərdə oxuduqlarım bu gün də yadımdadır. İndikilərə axşam öyrədirəm, səhər gəlib özündən Amerika kəşf edir. Onda da dəli oluram.

- Estrada ilə muğamın sintezinə neçə baxırsınız?

- Çox pis. Bunu qəbul etmirəm. Nə qədər istəsələr də uğur əldə edə bilməyəcəklər. Onlar muğamın arxasınca düşəcək. Muğam həmişə onlardan qaçır, qaçacaq da. Bu da məni sevindirir.

- Eyyub Yaqubov sizə deyib mənə muğam öyrədin, siz isə demisiniz ki...

- Hə, Eyyuba dedim get pianinonu çal. O, heç vaxt muğam oxuya bilməz. 15 il mənim yanımda piano çalan olub. Həvəsi vardı oxumağa. Ansambl dağılandan sonra onu efirdə oxuyan yerdə gördüm. Özü də mənim mahnılarımı oxuyurdu. Dedim maşallah, oxu. Özünə heç nə demədim. Amma muğam oxumaq istəyini eşidəndə tüstüm təpəmdən çıxdı. Otuzdurdum, başa saldım. Sonra biri məni çağırıb. Adını deməyim, reklam olar. Dedi əmi, mənə muğam öyrət, oxuyum da. Dedim a bala, qırxında öyrənən gorunda çalar (gülür).

- Əlibaba Məmmədov nəfsinə qalib gəlməyi bacaran adam olub, yoxsa...?

- Nəfsimə həmişə “dur” demişəm. Toya gedirdik ki, kababın iyi adamı öldürür. Amma yeməzdim, soyutma ət yeyib oxuyardım. Mikrofon yox idi ki... Rayon toyları iki gün olardı, özü də canlı oxumalı idin. “Çahargah” oxumaq nə deməkdir, bilirsənmi?! Habil Əliyev həmişə deyərdi ki, Əlibaba, sənə yazığım gəlir. Amma toy qurtaranda mənim onlara yazığım gəlirdi. Gərək xanəndənin qarnı ac olsun ki, yaxşı oxuya bilsin, canlı oxuya bilsin. Köpüncə yedisə, oxuya bilməz. Oxuyurdum, qalaq-qalaq pullar tökülürdü stolun üstünə. Habilə göz vururdum ki, indi necədir, mənə yazığın gəlmirmi... İndiki kimi deyildi e o vaxtlar. Toy sahibi pul verirdisə də xanəndəni əməlli-başlı işlədirdi. İndikilər hərəsi bir disklə girir toya, iki dənə mahnını robot kimi oxuyub pulunu qoyur cibinə, ya Allah. Bizim vaxtımız başqa idi. Toya pul kəsib getməzdik. Gedərdik, nə versəydilər, min şükür edərdik. Kasıb evlənməməlidir? Həmişə bu əqidədə olmuşam. Bir dəftər tutardıq, toyların gününü yazardıq. Qurtardı getdi. Bakı toylarına o qədər pulsuz getmişik ki... Xanəndələrin içində ən çox pul verilən xanəndə mən olmuşam. “Çahargah” oxuya-oxuya iki toyun haqqını qazanırdım. Mən oxuduğum toy evində kişilərin cibində pul qalmazdı. Qadınlar vardı, zinət əşyalarını çıxarıb qoyurdular. Yəni ruzimi həmişə Allah yetirib, səsimə, sənətimə görə yetirib. Mənim nə varlı daydayım olub, nə də paqonlu dostum. Qaldığım bu evi də mənə rəhmətlik Heydər Əliyev verib. Şükür, dolanıram. Heç bir 84 yaşlı kişi ayda bu qədər pul qazanmır (gülür). 1000 manat prezident təqaüdü alıram, 170 manat da pensiya. Nə oğlanlarıma, nə də qızlarıma ehtiyacım var. Hələ onların mənə ehtiyacı var. Haram pul yeməmişəm, ölənə kimi də Allah qismət eləsin, heç yeməyim də. kimdənsə istifadə etmək mən bacaran iş deyil. Dünya malında gözüm olmayıb.

- Ömür-gün yoldaşınızı itirəndən sonra düşüncələrinizlə, xatirələrinizlə baş-başa tək yaşayırsınız. Çoxmu çətindir?

- Bəs nə, ay qızım?! Mən evə gələndə qapını onun açmasını çox istəyərdim. Təkcə nəfəsi bəsim idi (gözləri dolur)...

Aysel Talıbqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xanəndə: "Bu günə kimi bir oğlanla telefonla danışmamışam"

    Xanəndə: "Bu günə kimi bir oğlanla telefonla ...

    26-12-2014, 12:07

  • 
  • İlhamənin oğlu onu səs yazısı ilə şantaj edirdi - Qohumu

    İlhamənin oğlu onu səs yazısı ilə şantaj edirdi - ...

    5-05-2016, 18:13

  • 
  • Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər olmuşam”

    Xalq artisti: “Həyat yoldaşımın yanında əsgər ...

    8-01-2015, 00:36

  • 
  • Mənsum İbrahimov: “80 manat maaşa Məcnun rolunu oynamayanlar indi sənətdə yoxdurlar”

    Mənsum İbrahimov: “80 manat maaşa Məcnun rolunu ...

    13-11-2013, 10:09

  • 
  • İlhamə Quliyeva işdən çıxarıldı

    İlhamə Quliyeva işdən çıxarıldı ...

    20-05-2013, 16:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu