Koronavirusa yoluxan tanınmış yutuber Enes Batur karantindən qaçıb.
Koronavirusa yoluxan türkiyəli fenomeni Beykozdakı lüks villasında tapa bilməyən nəzarət qrupu polisə məlumat verib.
Məşhur yutuberin karantin qaydalarına məhəl qoymayaraq, evində təcrid olunmadığı ortaya çıxıb.
Enes Baturun evdə olmadığı müəyyən edildikdən sonra Beykoz Polis İdarəsi hərəkətə keçib. Karantin qaydalarını pozan Enes Batur və sevgilisi Ece Naz tələbə yataqxanasına yerləşdirilib
Daha sonra Enes Batur sosial media hesabında yayımladığı bir videoda "Şərəf və namusuma and içirəm ki, bütün qaydalara riayət edirdim, evdən çıxmırdım. Məni yataqxanaya gətirdilər, evimdə karantində qalmaq istəyirəm. Mən günahsızam" deyə bildirib./yenisabah.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?