Koronavirusa yoluxan hamilə qadın sağlam uşaq dünyaya gətirib.
Bu barədə “Novaya Kuban” məlumat verib.
Bildirilir ki, Rusiyanın Adıqeya Respublikasının vətəndaşı - hamilə olan qadın koronavirusa yoluxduqdan sonra sağalmışdı. Bununla belə, xəstəliyin uşağa da təsir edəcəyi ilə bağlı təhlükələr var idi. Ötən gecə isə qadın sağlam oğlan uşağı dünyaya gətirib.
Nəşrin məlumatına görə, respublikada koronavirusdan 43 yoluxma halı və bir ölüm faktı qeydə alınıb. 15 nəfər isə sağalıb.
Ümuimilikdə, Rusiyada 27 938 nəfər koronavirusa yoluxub. Onlardan 232 nəfəri ölüb, 2304 nəfəri isə sağalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?