Məşhur aktrisa Nina Dobrev ABŞ prezidenti Barak Obamanın başlatdığı sağlamlıq islahatını kampaniyasını dəstəkləmək üçün soyunub.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-da reallaşan sağlamlıq islahatına məşhurlardan dəstək gəlməyə davam edir. Son olaraq “Vampire Diaries” serialında baş rolda oynayan Nina Dobrev də dəstək komandasına qatılıb.
Məşhur aktrisa üzərində kampaniyanın şüarı olan “Getcovered” yazılmış plakat tutaraq çılpaq poza verib. 24 yaşlı model “İnstagram”da paylaşdığı bu, fotoya- “Kanadalıyam və orada hamımızın sağlamlıq sığortamız var. Əgər sığortanız yoxdursa seçiminizi edin. Sığortasız insan çılpaqdır” mesajını yazıb.
Sağlamlıq islahatı sayəsində ABŞ-da səhiyyə sığortası olmayan 50 milyon adamın sığortalanması gözlənilir. Planlanda 2.7 milyonu gənc olmaqla birlikdə 32 milyon adamın sığortalanmasına qərar verilib. Sığorta şirkətlərinin sığortalamadığı kəslərə isə dövlət dəstəyi planlaşdırılır.
Qeyd edək ki, Ledi Qaqa, Juliann Mur , Sarah Silverman , Jon Legend də kampaniyaya dəstək verən məşhur adlar arasındadırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?