Azərbaycanlı reper Qurdun 18+ yaş kateqoriyası üçün çəkilmiş “Tapın onu” klipini Azərbaycan telekanallarında göstərməkdən imtina edirlər.
Qurdun bildirdiyinə görə, “Tapın onu” bir həftə ərzində YouTube-də 80 mindən çox baxış toplayıb, lakin yerli televiziyalar klipin açıq-saçıq çəkilməsini əsas gətirərək, onu televiziyada yayımlanmasından imtina edirlər. “Açıq-saçıq səhnələr olduğuna görə yerli televiziya kanalları mənim yeni klipimi efirə verməkdən imtina edirlər. Lakin nədənsə mənə qarşı belə münasibət sərgiləyən milli TV-lər xarici erotik kliplərini yayımlayırlar”. Qalmaqallı reper həmçinin qeyd edib ki, klipin yeni, milli mentalitetə uyğun versiyasını hazırlayır: “Tezliklə yeni klipi ekranlarda görə biləcəksiniz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?