Əsas səbəb söyüş hesab edilən sözdən mahnıda dəfələrlə istifadə edilməsidir
Şou-biznes Britni Spirsin mahnısına qadağa qoyuldu. ANS PRESS-in məlumatına görə, ötən gün xəbər vermişdik ki,məşhur müğənni çoxdandır gözlənilən “Work bitch” mahnısına çəkdirdiyi klipini sevənlərinə təqdim edib. Amma klipdə açıq-saçıq görüntülər olduğu görə İngitərə telekanaları onu yayımlamaqdan imtina edib.
Razılaşmaya əsasən klip, saat 22:00-dan sonra efirə veriləcək. Əsas səbəb olaraq söyüş hesab edilən “bitch” sözünün mahnıda dəfələrlə təkrarlanmasıdır. Bundan əlavə olaraq telekanallar qeyd ediblər ki, klipdə olan görüntülərin efir üçün qəbuledilməzdir mahnının efirə getməsini istəyirlərsə bunun üçün sözlərinin dəyişdirilməsini, nalayiq ifadələrin çıxarılmasını tələb ediblər. Müəllif isə öz növbəsində bildirib ki, mətnin əsasını təşkil edən “bitch” sözünün mahnıdan çıxarılması qeyri-mümkündür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?