Praqa Pekinlə qardaşlaşmış şəhər olmaqdan imtina edib. Çexiya paytaxtının Şəhər Şürası Çin tərəfinin müvafiq təklifinə rədd cavabı verib.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
İmtinaya səbəb kimi ikitərəfli sazişdə "Çinin ərazi bütövlüyünün və siyasətinin tanınması" şərti göstərilir.
Şəhər Şürası hesab edir ki, sənəddə xülasə edilmiş "Praqa bütöv Çin siyasətini, o cümlədən Tayvanı, ölkənin ayrılmaz hissəsi kimi tanıyır" müddəası qəbulolunmazdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?