GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Brilliant xalq artisti oldu, müğənni ola bilmədi”

“Brilliant xalq artisti oldu, müğənni ola bilmədi”

Tarix: 11-10-2013, 21:52 Bölmə :Maqazin Baxış: 1 099
“Brilliant xalq artisti oldu, müğənni ola bilmədi”
Əli Mirəliyev həmkarlarının qarasınca yenə əsib-coşdu

Tikanlı danışığı, yaratdığı qalmaqallar, atmacaları və müğənniləri tənqid etməsi ilə gündəmdən düşməyən müğənni Əli Mirəliyev yenə coşdu. O, virtualaz.org-un müxbiri ilə söhbətində şou-biznesin bəzi adlı-sanlı nümayəndələrini, öz sözü ilə desək, “ağ yudu, amma qara sərmədi”.

Amma Əli Mirəliyevin hədəfi bu dəfə təkcə həmkarları deyildi. Müğənni bu dəfə öz qüsurlarından da danışdı. Özü sual verdi, özü də cavablandırdı:

- Şərti şumda kəsək. Məndən soruşmayın ki, necəsiniz. Siz soruşmamış deyim də, bomba kimiyəm. Hal-hazırda bağdayam. İt-pişiklə, mal-qara ilə məşğul olub başımı qatıram. Həm də təqaüdçü adam başqa nə işlə məşğul ola bilər ki? Sadəcə arada müsahibə verirəm. Jurnalistlər gəlib müsahibələr alırlar.

- Niyə belə hirslisiniz, davakarsınız?

- Kim hirslidir? Bir adam tap göstər ki, tənqidi mənim kimi üzə deyir. Hamısı üzə gülüb dalda danışırlar. Mənim heç kimdən qorxum yoxdur deyə sözümü açıq-aşkar deyirəm. Mən bu qırılmışa baxıb necə əsəbiləşməyim? Bizim camaat öz gözündə tiri görmür, başqasında cöp axtarır. Tənqid etmə, inciləri tökülər. Cəhənnəmə tökülsün. Dərs götürmürlər sözümdən.

- Əli bəy, bəlkə həddən artıq tənqid elədiniz, daha sözünüz keçmir...

- Məmuru tənqidi qəbul edir ki, müğənnisi də qəbul eləsin?! Başa sala bilmirəm ki, ay başıboş, bir şey qanmırsansa danışma. Deyirəm, tənqid edirəm ki, bəlkə nəticə çıxarıb adam kimi oxusunlar. Şou-biznesdəkilərin 80-90 faizi oxumaqdan xəbəri olmayanlardır. Vaxt var idi ki, Brilliant Dadaşovanı özümlə toylara aparırdım. O qıza hər dəfə deyirdim ki, “indeyski” oxuma, sən azərbaycanlısan, əgər oxumaq yolunu seçibsənsə, öz musiqini öyrən və oxu. Belə oxumaq olmaz axı. Gah hind olur, gah türk. Bax, Brilliant da tənqidimi nəzərə almadı. Nə olsun ki, əməkdar, xalq artisti oldu?! Amma müğənni ola bilmədi. Gedir başından böyük şəxslərin əsərlərindən yapışır ki, oxuyum. Başlayır Ələkbər Tağıyevin, Emin Sabitoğlunun bəstələrinə özündən boğazlar yapışdırır. Başa düşmürlər ki, artıq boğazlar vurmaqla savadsızlıqlarını üzə çıxarırlar. Bəyənmirəm Brilliantı.

- Bu qədər uzaqdan-uzağa deməkdənsə, bəlkə bir məktəb açasınız...

- Sözümü eşitməyənlər dərsimi oxuyarlar? Faiq kimisi olsa, çox deyərəm hə, xərc çəkim, açım bu məktəbi. Faiqə bir dəfə irad tutdum. Getdi şedevr əsər oxudu, savadını sübut elədi. Yoxsa İzzət Bağırov kimisi mənim dərsimə gələr? İzzət neçə ildir oxuyur, hələ bilmir Azərbaycan mahnısı oxuyur, yoxsa türk, ərəb. İzzət avara bir musiqi ilə xalqın zövqünü korlayır. Bizim müğənnilər hələ gedib birinci əlifbanı öyrənsinlər. Mən kişiyəm, hər zaman da öz səhvimi başa düşmüşəm. Öz qüsurumu da bilirəm ki, dilim ağzımda böyükdür. Oxumaq istəyim çox idi. Buna görə də evdə güzgünün qabağında saatlarla məşq edirdim ki, qüsurum bilinməsin. Anam da deyirdi ki, özünü öldürmə, ay Əli, səndən müğənni olmaz. Amma mən oldum. Çünki səhvimin üzərində çalışdım. Sənətim də göz qabağındadır.

Aysel Talıbqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Mirəliyev İlhamə Quliyevanın "qara bayram"ından danışdı

    Əli Mirəliyev İlhamə Quliyevanın "qara ...

    8-03-2016, 12:09

  • 
  • Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən danışdı - YENİLƏNİB

    Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən ...

    25-02-2016, 14:26

  • 
  • Qalmaqal: İlhamə Quliyevanın mirası kimə qalacaq? - Yenilənib

    Qalmaqal: İlhamə Quliyevanın mirası kimə qalacaq? ...

    2-03-2016, 20:27

  • 
  • İlhamənin oğlu onu səs yazısı ilə şantaj edirdi - Qohumu

    İlhamənin oğlu onu səs yazısı ilə şantaj edirdi - ...

    5-05-2016, 18:13

  • 
  • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğluna kəskin ittiham: “Dəfn edib qayıdanda gördük ki, evin açarını dəyişiblər”

    Əli Mirəliyevdən İlhamə Quliyevanın oğluna kəskin ...

    2-03-2016, 20:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu