Xalq artisti Məleykə Əsədova “Facebook” da onun adından müxalifətlə bağlı yazılan statusa aydınlıq gətirib. “Qafqazinfo”ya açıqlamasında xalq artisti sosial şəbəkədən istifadə etmədiyini bildirib:
“Mən “Facebook”dan istifadə etmirəm, o, saxta profildir. Mən İlham Əliyev cənablarından başqa prezident də görmürəm. O, Heydər Əliyev məktəbi görüb, onun tərbiyəsini alıb. Azərbaycana ondan layiqli prezident ola bilməzdi. Mən bölgələrdə keçirilən tədbirlərdə canla başla iştirak etdim, orada İlham Əliyev cənablarına həsr etdiyim “Xalq İlham deyir” şeirini dedim. Mən bu şeiri bütün xalqımız adından deyirəm, çünki xalqımız da İlham Əliyevi dəstəkləyir, sevir. Hər gün dua edirəm ki, Allah prezident cənablarını bizə çox görməsin, ona can sağlığı versin”.
Qeyd edək ki, aktrisanın adına açılan profildə prezidentin fotosu paylaşılaraq “Hər prezident seçkilərində İlhamla irəli. Müxalifətçilər özünüzü boşuna yormayın. Prezident seçilib" şərhi yazılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?