Mədəniyyət və Turizm Nazirliyi xalq artisti İlham Əsgərovun vəfatı ilə bağlı başsağlığı verib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında deyib ki, həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də Teatr Xadimləri İttifaqının əməkdaşları mərhumun dəfni ilə əlaqədar lazımi işlər görür: "Xalq artisti ata-baba yurdu olan Masallı rayonunun Xoşçobanlı kəndində dəfn ediləcək.
Mərhumla vida mərasimi bu gün saat 11.30-da evində keçiriləcək. Xalq artistinin cənazəsi evindən götürüləcək və Masallıya aparılacaq.
Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.
Sorğu
Yeni dizaynımız necədir?