Türkiyənin gənc aktrisalarından olan Öykü Çelik və sevgilisi İsmail Berhan Perinçekli nikah masasına oturmağa hazırlaşdıqları dövrdə gözlənilməz qərarla hər kəsi təəccübləndirib. Belə ki, evlənmək üçün yoluxma sayının azalmasını gözləyən cütlük ayrıldıqlarını elan edib.
“Hürriyet”in məlumatına görə, Çelik bu xəbəri özünün “Instagram” hesabınan bildirib.
“İsmail Berhan Perinçekli ilə sözügedən münasibətimiz qarşılıqlı anlaşma və hörmət çərçivəsində bitib. Media mənsubları dostlardan münasibətə olduğumuz dövrdəki kimi ayrılığımıza qarşı da eyni həssasiyyəti göstərmələrini xahiş edirəm. Sevgilər…”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?