Fransanın yeni Prezidenti Emmanuel Makronun komandasında türk siyasətçi də yer alacaq.
Söhbət Yaqub Çelikdən gedir. Türk əsilli Çelikin valideynləri 1970-ci illərdə Türkiyənin Gümüşxana rayonundan Fransaya gedib. Sonradan Çelik və xalası istisna olmaqla bütün ailə üzvləri Türkiyəyə dönüb. Rouen Universitetində iqtisadiyyat fakültəsində təhsil alan Çelik bələdiyyə başqanının köməkçisi, Məclis üzvü kimi vəzifələrdə çalışıb. Sosialist Partiyasının üzvü olan Çelik 2014-cü ildə partiyadan istefa verib. “Sabah” qəzetinin xəbərinə görə, Yaqub Çelik 2016-cı ildən Makronun komandasında yer alıb. O, Makronun Avropa Birliyi üzrə nümayəndəsi olub. Yaqub Çelik bildirib ki, Fransada prezident seçkilərində əllərindən gələni ediblər: “Bütün enerjimizi işə saldıq və sonda layiq olduğumuzu əldə etdik”. Prezident Makronun Türkiyəyə əhəmiyyət verdiyini dilə gətirən Çelik bildirib ki, seçkilərdən sonra Türkiyə-Fransa əlaqələri böyük mənada inkişaf edə bilər: “Bu məsələdə mən tarixi vəzifə alaraq əlimdən gələni etməyə hazıram”. Qeyd edək ki, Yaqub Çelik eyni zamanda qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd olacaq.
Sorğu
Yeni dizaynımız necədir?