Avroviziyada İtaliyaya birincilik gətirən “Maneskin” qrupunun solisti David Damiano müsabiqədə narkotik maddə çəkməsi barədə danışıb. Xarici mətbuat xəbər verir ki, ifaçı həyatı boyu narkotik maddə istifadə etmədiyini açıqlayıb: “Mən bu maddələrə tamamilə qarşıyam. Həyatımda heç vaxt istifadə etməmişəm, həmçinin bütün Avropanın izlədiyi canlı yayımda buna qətiliklə cəhd edə bilmərəm. Mən axmağam, amma o qədər deyil”. Qeyd edək ki, qrup üzvləri şənbə günü “Zitti e buoni” (Kəs səsini və ağıllı ol) adlı mahnı ilə İtaliyaya üçüncü qalibiyyəti gətirib. “Maneskin” müsabiqədə 2006-cı ildən sonra qələbə qazanan ilk qrup olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?