Müğənni Nadir Qafarzadə ilə Cavanşir Məmmədov arasındakı qalmaqal daha da şiddətlənib.
ANS telekanalında yayımlanan “Adam içində” verilişi sənətçiləri üz-üzə gətirməyə çalışıb.
Cavanşir Məmmədov canlı efirə gəlsə də, Nadir Qafarzadə ölkə xaricində olduğu üçün studiyada yerini almayıb.
C.Məmmədov deyib ki, Nadir haqqında danışmayıb:
"Onun məlum açıqlamasından sonra dəfələrlə zəng vurdum, mənə cavab vermədi. Saç əkdirmək ayıb deyil, bu, kişilərə lazım olan bir əməliyyatdır. Qadın parik taxır, kişi isə bunu edə bilmir. Saç əkdirmək üçün də ürək lazımdır. Başıma 4-5 min iynə batırıblar. Nadirin barmağına bir iynə vuranda şüvən qopardır. Onun adı “şüvəndir”. O, xanımlara müraciət etməyi öyrəşib. Mənim zəngimə cavab vermir, amma Firuzə İbadovaya zəng edir ki, neyləyim? Dedim, ona çatdırın, zəngimə cavab versin. Mənə mesaj yazdı ki, gəl məsələni dərinləşdirmə. Nadir üçün şüvən qopartmaq, qalmaqal yaratmaq rahatdır. Çoxları Nadirin cavabın vermir ki, o, xəstədir. Həqiqətən də Nadir xəstədir, amma bic xəstə. Onu xalq içində incitsələr, məndən inciməyin. Xocalı soyqrımını tanımayan, öz millətini bəyənməyən burada niyə yaşayır? Deyir türklərdən iyrənirəm, amma gedib İstanbulda ev alır".
Canlı yayıma telefonla qoşulan Nadir Qafarzadə isə məsələylə bağlı bunları deyib:
"Verilişdə müğənnilərin şəkilləri göstəriləndə gərək Cavanşir müəllim fikir bildirməyəydi. Çünki onun özü də plastik əməliyyat etdirib. O ki qaldı adımı çəkib-çəkməməyinə, əgər belədirsə, üzr istəyirəm. Amma başqa bir telekanalda həmin sözü təkrarladı. Odun üstünə yenidən benzin tökdü. Onu bağışlayıram, məndən böyükdür. Gərək yaşlılar özlərini elə aparsınlar ki, gənclər də onlara hörmət qoysunlar. Kim nə edir, öz işidir, plastik əməliyyat normal haldır”.
Xatırladaq ki, bir müddət öncə hər iki sənətçi arasında qalmaqal yaşanıb. Belə ki, Cavanşir Məmmədovun "Nadir Qafarzadə qaşlarını alır" sözlərinə qarşı tərəfdən sərt cavab gəlmişdi. Nadir həmkarını "qoca gey" adlandırmışdı.
Sorğu
Yeni dizaynımız necədir?