"Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım... Bilirəm, yenə də yanımdasan. Axı sən sağ ikən Hikmət müəllimin ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram”.
GundemXeber.Az xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə bağlı xatirələrini bölüşərkən deyib.
Röya, Mirməmmədlinin ölümündən sonra həyatında yaranan boşluğu etiraf edib:
"Ölümündən sabah bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu. Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə, o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı? Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun. Səni sevirəm, gözəl qadın”.
Qeyd edək ki, bu gün Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin ölümündən bir il ötür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?