GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Müğənniyə ev, maşın alan məmur həbs oluna bilər

Müğənniyə ev, maşın alan məmur həbs oluna bilər

Tarix: 26-01-2022, 17:35 Bölmə :Maqazin Baxış: 713

İfaçı Kəmalə Qaramollayeva ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. İfaçı həmin vəzifəli şəxsin ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Sitat: "Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı”.

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müzakirə edilən mövzulardan  birinə çevrilib. Vəzifəli şəxsin kimliyi ilə bağlı ən müxtəlif fikirlər qeyd olunub. Ən diqqətçəkən məqam isə vəzifəli şəxsin bir ifaçıya ev və maşın bağışlayacaq qədər vəsaiti hansı mənbədən əldə etməsi ilə bağlı olub. İstifadəçilər ifaçını ev və maşın bağışlamaqla xoşbəxt edən vəzifəli şəxsin korrupsiyaya qurşanmış biri olması ehtimallarını bölüşürlər.
Azərbaycanda vəzifəli şəxslərin minimum əmək haqqı 624 manat, maksimum isə 3084 manatdır. Bəs kimdir, hansı vəzifəli şəxsdir ifaçı Qaramollayevanı bahalı hədiyyələrlə sevindirən? Vəzifəli şəxsin əməli korrupsiya predmetinə görə araşdırılmalıdırmı?
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, hər bir kəs sərəncamında olan şəxsi vəsaitindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir: "Məsələn, Kəmalə Qaramollayeva desəydi ki, filan iş adamı mənə ev və maşın bağışlayıb, məsələnin hüquqi baxımdan hər hansı bir araşdırma mövzusuna çevrilməsi doğru olmazdı. Çünki iş adamı pulu öz biznesindən qazanır. Özü istədiyi kimi də xərcləyə bilir. Yəni ona kimsə niyə pulunu aparıb filankəsə verdin, hədiyyə etdin iradını bildirə bilməz. Kəmalə Qaramollayeva isə deyir ki, ona evi və maşını vəzifəli şəxs bağışlayıb. Həmin vəzifəli şəxsin kimliyi araşdırılmalı, onun bir müğənniyə ev və maşınını hansı mənbədən əldə etdiyi vəsaitlə bağışladığı aydınlaşdırılmalıdır. Əgər həmin vəsaitin mənbəyi dövlət büdcəsi olubsa, o, istintaqa cəlb edilməli, Qaramollayevanın sərəncamında olan maşın və evin üzərinə həbs qoyulmalıdır. Bundan sonra iş məhkəməyə göndərilib müvafiq hökmlə ev və maşın geri alınmalı, dövlətə vurulan ziyan da ödənməlidir”.
Hüquqşünas deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil və bu, antikorrupsiya tədbirlərinin effektivliyini minimallaşdıran əsas amildir: "Büdcə pullarına ictimai nəzarət güclənməlidir ki, vəzifəli şəxslər büdcə pulları ilə öz şəxsi vəsaitlərini qarışdırıb dağıtmasınlar. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər. 1000 manat məvacib alıb az qala yarısını kommunal xərclərə verən vəzifəli şəxs əlbəttə ki, bunu etmək istəməyəcək. O, büdcə puluna əli çatan vəzifəli şəxsin əlinə baxan olacaq. Bu gün büdcə təşkilatlarında  korrupsiya cinayəti adi haldır. İri məmurların həbsləri ilə vəziyyət dəyişməyəcək. Nə qədər büdcə vəsaitlərinin xərclənməsində örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirləri də istənilən nəticəni verməyəcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: "Qaramollayevanın vəzifəli şəxs dediyini istintaqa cəlb etsələr belə, onun vəsaitinin mənşəyini rəsmi qaydada təqdim etməsi tələb edilə bilməz. Qanun yol vermir. Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə - həm yoxlayıcıya, həm də yoxlanan quruma - 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Belə pullar gec-tez harınlıq yaradır, qanunların işləməsini əngəlləyir və dövlətin əsaslarının sarsıdılmasına gətirib çıxarır. Müğənniyə kimsənin ev və maşın bağışlamasında qəbahət yoxdur. Amma həmin kimsənin vəzifəli şəxs olması məsələnin mahiyyətini dəyişir, Azərbaycan reallığını, vəzifəlilərin büdcədən çırpışdırdıqları vəsaitlərin hansı istiqamətlərə xərcləmələrini ortaya qoyur”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı müğənnidən ŞOK SÖZLƏR: "Vəzifəli şəxsin oğlu..."

    Azərbaycanlı müğənnidən ŞOK SÖZLƏR: ...

    23-12-2014, 00:30

  • 
  • Məmur oğlundan azərbaycanlı müğənniyə maşın hədiyyə - FOTOLAR

    Məmur oğlundan azərbaycanlı müğənniyə maşın ...

    17-06-2015, 09:08

  • 
  • Müğənni Zaura maşın hədiyyə etdi - VİDEO

    Müğənni Zaura maşın hədiyyə etdi - VİDEO ...

    16-09-2015, 15:42

  • 
  • “Səni saxlayan kişi...” – Rəksanə Kəmalə ilə bağlı od püskürdü

    “Səni saxlayan kişi...” – Rəksanə Kəmalə ilə ...

    14-10-2019, 13:14

  • 
  • "Hamilə qadın necə şpaqat açar?" - Roza Aytən haqda

    "Hamilə qadın necə şpaqat açar?" - Roza ...

    21-06-2018, 23:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu