“Hər yaşın öz gözəlliyi var. Əsas odur ki, o gözəlliyi yaşada biləsən, ləyaqətlə yaşaya biləsən. Çox insan qocalığından utanır, deyir ki, üz qırışdı, filan şey oldu. Olsun da. Vaxt var idi üzüm tam qırışsız idi, indi qocalmışam, bunu qəbul edirəm. Sağ-salamat yaşayıram, əl-ayağım üstümdə, ağlım başımdadır, özümü idarə edirəm. Burada qorxulu nə var ki,? Əksinə, şad olamaq lazımdır ki, sən hələ yaşaya bilirsən, yaxınlarına lazımsan”. Gundemxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa, əməkdar artist, “Dəli Kür” filminin Mələyi Zemfira Sadıqova deyib. O daha sonra əlavə edib.
“Aktrisa plastik əməliyyat etdirməməlidir. Bir çox xarici aktrisalar var ki, onlar əməliyyat etdirmirlər. Xaricdə də rejissorlar əməliyyat etdirən aktrisanı sevmirlər. Təbii olmalıdır, kifirsən, gözəlsən busan! O aktrisa rejissorlarına, ölkəsinə arxayındır ki, əməliyyat etdirməsə də onu çəkəcəklər, amma bizdə tam əksindər. Heç vaxt plastik əməliyyat keçirməmişəm. Mənə deyirlər ki, heç botoks da etdirməmisiz? Xeyr, heç vaxt! Bu yaşdan sonra da plastik əməliyyat etdirməyəcəm. Kimin xoşu gəlirsə baxsın, kimin xoşu gəlmirsə baxmasın. Amma aktrisalar var ki, plastik əməliyyat etdirirlər”, - deyə aktrisa bildirib.
Zemfira Sadıqova filmlərdə çəkilmək istəyindən də danışıb.
“Sənətkar hər bir yaşda sənətkardır. Əgər sənətkardırsa! Bizdə rejissorlara film verən yoxdur, onlar da aktyorlar kimi asılı vəziyyətdədirlər. Heç kimdən umacağım da yoxdur. İnşallah ki, bir maraqlı filmdə çəkilərəm. İnsan yaşadıqca arzuları olur. Arzusuz həyatın mənası olmaz. Mənim ən böyük arzum can sağlığıdır. Bunu da bütün millətimə, məni sevənlərə arzu edirəm. Mən hələ də “əməkdar artist” fəxri adını daşıyıram, amma hamı məni “xalq artisti” tanıyır. İki ildir heç kimə fəxri ad verilmir. Hər halda əgər bu ada layiqəmsə almalıyam. Bu da qalıb onların vicdanına. Verərlər verərlər, verməzlər də verməzlər. Əlbəttə ki, problemlərim çoxdur, versələr yaxşı olar”, - deyə məşhur aktrisa bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?