ATV-nin aparıcısı Samirə Mustafayeva əməliyyat olunub.
Axşam.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb.
S.Mustafayeva fotosunu paylaşaraq "Sizin üçün çox darıxmışam. Əməliyyat olunmuşdum. Şükür, artıq hər şey yaxşıdır. İnşallah, tam sağalım, görüşərik. Allah heç kimə qismət etməsin" sözlərini qeyd edib.
Aparıcı burnunu plastik əməliyyat etdirməsi ilə bağlı suallara da cavab verib:
"Burnumla bağlı problemim yoxdur. Plastik əməliyyat olunmamışam. Səbəbi demirəmsə, demək, bu haqda danışmaq mənə xoş deyil".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?