GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Könül Xasıyeva: “Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim”

Könül Xasıyeva: “Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim”

Tarix: 1-07-2022, 16:40 Bölmə :Maqazin Baxış: 851

Azərbaycan muğamlarının mahir ifaçısı, Xalq artisti Könül Xasıyeva sevgi hekayəsindən danışıb.

GUNDEMXEBER.AZ bildirir ki, lent.az-a müsahibə verən Könül xanım ömür yolundan bəhs edib.

- Könül xanım, başınıza gələn sıxıntılara rəğmən pozitivliyinizi qoruya bilmisiniz. Toylarda, məclislərdə məzəli hadisələr gəlmiş olar başınıza.

- Hə, olur. Bir dəfə toya getmişəm. Bir cavan oğlandı, gəlib mənimlə şəkil çəkdirirdi. Gah oturduğumuz yerdə, gah ayaq üstə. Hər dəfə də icazə alırdı, Könül xanım, belə çəkdirsək, olar, elə çəkdirsək, olar? Axırda dedim, a bala, bircə yatan yerdə olmasın, daha çək qurtar (gülür).

Bu yaxınlarda hörmətli aşıq Ədalət Dəlidağlının ocağında toplanmışdıq. Çəkiliş gedirdi. Çəkilişdən sonra Ədalətin ailəsi, nəvələri toplandılar. Müğənni Cabir Abdullayev, tarzən Elman da, oturub çay içirik. Elman tələbə yoldaşım olub. Zarafatla dedim, ay Cabir, ay Elman, ay Ədalət, heç biriniz vaxtında məni alıb, evə arvad eləmədiniz, mən də vaxtında oğul-uşaq sahibi olardım. Cabir də zarafatla dedi, sənə qıymamışıq. (Könül xanım bu yerdə qəhqəhə çəkir)

- Bəs niyə vaxtında ailə qurmadınız?

- Evdə altı uşaq idik. Dolanışıq çətin idi. Atam kassir işləyirdi. Amma haram pula əl uzatmırdı. Dolanmaq lazım idi. 11 yaşımdan mən toylara, məclislərə getməyə başladım. Ailənin yükünü daşımalı oldum. Çiynimə çox gənc yaşda ailə qayğıları düşdü. İllər quş qanadlı oldu. Özümdən başqa, hamı üçün çabaladım. Vaxtından əvvəl yorğun düşdüm. Bir də gördüm, çatmışam 39 yaşıma.

- Sevib ailə qurdunuz?

- Hə. Özüm gördüm, tanıdım.

- İncəsənət adamı idi?

- Yox, o, hüquq-mühafizə sistemində işləyirdi.

- Bəs niyə ayrıldınız?

- (Bu yerdə yenə zarafat edir) Çünki evlənmişdik deyə. Evlənməsən, ayrıla bilməzsən axı. Bu barədə çox danışmaq istəmərəm. Anam rəhmətlik deyərdi ki, insan ömrü boyu çabalayır, nail olduğu yalnız qismətidir. Mən taleyimdən narazı deyiləm, ən çətin günlərimdə Allaha şükür etmişəm. Əsas ayaqda olmaqdır. Ağlım kəsəndən çalışıram, çabalayıram.

- Həyat yoldaşınızla görüşürsünüz? Dəstək olur sizə?

- Yox, nə o oldu, nə də mən istədim. Nə maddi, nə mənəvi. Hərdənbir Kazımla telefonla danışır. Görüşmürlər.

- Ondan sonra ailə qurmaq niyyətiniz olub və ya istərdiniz?

- Qismət. Ailə qurmaq olar. Sevənlər də var. Xaricdə yaşayan bir soydaşımızdan evlilik təklifi də almışam. Bir qızım olsun istəyərdim. Amma bunların hamısı Kazımı yerbəyer edəndən sonra. Mənim bütün həyatım Kazıma həsr olunub.

- Saçınızı rahat olsun deyə belə qısa kəsdirirsiniz?

- Saçım da, dişlərim də əsəblərimə görə töküldü. Şəkidə xəstəxanada yatanda yarım saat ərzində mənim dörd dişim birdən çıxıb sinəmə düşüb. Getsin o günlər, gəlməsin. İnşallah, nə zamansa yenidən əməliyyata girəcəyəm. Üç əməliyyat gözləyir məni. Sadəcə, gözləyirəm ki, Kazım bir az böyüsün, şəxsiyyət vəsiqəsini alsın, sonra. Ölüm haqdır e, hamıya var. Amma bir də var, özün könüllü gedib girəsən bıçaq altına.

- Könül xanım, sizcə, hansı mahnınızla yaddaşlara köçmüsünüz?

- “Gecələr” mahnısı. Bu mahnıda mən özümü, öz taleyimi oxumuşam. “Mən həsəd aparıram yatanlara gecələr”. 22 ildir mən yatağa uzanmadan, oturduğum şəkildə yuxulayıram. Ürək döyüntülərim başlayır deyə.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Könül Xasıyeva ağır vəziyyətə düşüb

    Könül Xasıyeva ağır vəziyyətə düşüb ...

    20-02-2016, 20:12

  • 
  • Könül Xasıyeva: "Ağ yalandır"

    Könül Xasıyeva: "Ağ yalandır" ...

    22-02-2016, 18:10

  • 
  • Könül Xasıyeva əməliyyat olunacaq

    Könül Xasıyeva əməliyyat olunacaq ...

    20-06-2018, 14:34

  • 
  • Könül Xasıyeva oğluna görə nazirə müraciət etdi

    Könül Xasıyeva oğluna görə nazirə müraciət etdi ...

    7-03-2019, 17:10

  • 
  • ​Könül Xasıyevanın son halı - FOTO

    ​Könül Xasıyevanın son halı - FOTO ...

    16-11-2018, 15:50


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu