“Xəstəlik pis şeydir, Allah heç kimə göstərməsin”.
gundemxeber.az-in məlumatına görə, bu sözləri xalq artisti Könül Xasıyeva “Xəzər maqazin”ə açıqlamasında deyib. Uzun müddətdir səhhətində yenidən problem yaranan muğam ifaçısı göz yaşlarını saxlaya bilməyib.
K.Xasıyeva övladının da səhhətində problemlər olduğunu söyləyib:
"Həmişə el içində olan adam üçün indi həyat darıxdırıcıdır. Əvvəl şəkərim yox idi, indi onu da tapdım. Həm də astmadan əziyyət çəkirəm. Tək arzum övladım Kazımın toyunu görməkdir.
İki əməliyyatın var qarşıda. Bu yaxınlarda girəcəm".
Sorğu
Yeni dizaynımız necədir?