GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Bəzi müğənniləri səhər-axşam otellərə daşıyırlar” - Maral Tahirqızından ŞOK AÇIQLAMALAR

“Bəzi müğənniləri səhər-axşam otellərə daşıyırlar” - Maral Tahirqızından ŞOK AÇIQLAMALAR

Tarix: 29-07-2022, 17:00 Bölmə :Maqazin Baxış: 1 442


Gundemxeber.az Maral Tahirqızının “Yeni Sabah”a müsahibəsini təqdim edir:


- Maral xanım, məşhurlar çox qazanmasına baxmayaraq, TikTokda hədiyyələr üçün canlı yayımlar açırlar. Sizcə, bunun səbəbi nədir? Qazanclarına qane olmamaq, yoxsa, nəfslərinə düşkün olmaq?

- Onlar bu gün TikTok hədiyyələrinə ehtiyacları olduğunu deyirlərsə, deməli, qazancları onları qane etmir. Nəfislərinə düşkün də ola bilərlər. Hər şey mümkündür.

- Sənətdən qazancınız nə qədərdir?

- TikTokda şir hədiyyəsinin 650 manat olduğunu deyirlər. Mən Bakıda məclislərə gedəndə bu pulu vermirlər. Rayondan dəvət alanda 1000 manat deyirəm, yüksək olduğunu deyirlər. Əslində, 1000 manat elə də yüksək qiymət deyil. Çünki məclisin geyimi, müğənninin səs yazmaları və digər texniki işlər var. Sənət elə-belə əmələ gəlmir. İndi hər kəs oxuyur. Oxumaq sənətinin olması demək deyil. Müğənninin xərci çoxdur. Bunları nəzərə almaq lazımdır.

- Sənətiniz sosial durumunuzu yaxşılaşdırmağa kömək edirmi?

- Mən hələ sənət yoluyla heç nə artırmamışam. Hər şeyimi sənətimə xərcləmişəm.

- AzTV-dəki ifaçılıq görüntülərinizi ictimailəşdirəndən sonra sizə qarşı münasibət sanki, dəyişdi. Bunu hiss edirsinizmi?

- Mənə məzəli yanaşanlar naməlum cinslilərdir. Özləri anormal, məzəli olduqları üçün mənə də özləri kimi yanaşırlar. Onların milliyyəti sual altındadır. Millətimizi daşlayırlar, topa tuturlar. Ona görə də bunların bizim millətdən olduğunu düşünmürəm.

- Videolarınızın birində sizi məclisə oxutdurub pul vermədiklərini demişdiniz. Doğrudurmu?

- Belə bir şey olmayıb. Mən hara getmişəmsə, məclis sahibləri hamısı hörmətli adam olub. Elə adam da olub ki, pulun hamısını qabaqcadan ödəyib. Mən elə bir söz deməmişəm. Mənim zil səsim olduğuna görə, mənə olan təzyiqlər daha çoxdur.

- Konsertlə sevənlərinizin qarşısına çıxmağı düşünürsünüzmü?

- Tamaşaçı qarşısına yüksək səviyyədə çıxmaq lazımdır. Mənim səsim əsl sənətçinin səsidir. Mən də tamaşaçı qarşısına yüksək səviyyədə çıxmaq istəyərəm.

- Sizə dəstək olmaları üçün sponsorlara müraciət eləmisiniz? Yaxud onların sizə təklifləri olubmu?

-Bu günə qədər kimsə mənə mahnı yazdırmağım üçün 1 manat belə, verməyib. Heç özüm də müraciət etməmişəm. Bunu özümə sığışdırmamışam. Çünki sponsorların əksəriyyətinin məqsədləri ayrıdır.

- Sizcə, maliyyə dəstəyi olmadan yaşamaq müğənni üçün çətin deyil?

- Sponsor yaxşı şeydir. Sadəcə, sponsorun müğənninin sənətinə xidmət edib-etməməsi sual doğurur. Hansısa müğənniylə əlaqəsi olmayan müğənniyə sponsorluq eləmir.

- Bu gün məşhur omaq üçün hansı kriteriyalara sahib olmaq lazımdır?

- Bu gün ictimaiyyət məşhurları özləri seçir. İnsanların səs anlayışları var. Səsin saxta olub-olmadığını daha yaxşı bilirlər. Saxta, exolu səslə oxuyan məşhurlar da var. Elə səsyazma studiyaları da var ki, müğənninin səsini qəsdli şəkildə aşağı salırlar.

- Kimləri Azərbaycan estradasında özünüzə rəqib görürsünüz?

- Hərənin öz janrı var. Hərə öz repertuarıyla tanınır. Bəzən görürsünüz ki, lağlağı mahnıyla məşhur olanlar var. Mən belə adamları sənətçi hesab etmirəm. Onları pul verib başqa şeyə görə çağırırlar. Məclis sahibləri həmin xanımın sənətinə yox, özünə pul xərcləyirlər.

- Ad çəkə bilərsiniz?

- Bayağı musiqilərdən istifadə edən adamların adlarını çəkib onlara reytinq gətirmək istəmirəm. İnsanlar kimin hansı işlə məşğul olduğunu yaxşı bilirlər. Elə mahnılar var ki onların öhdəsindən hər kəs gələ bilər. O mahnılara güclü səs diapazonu lazım deyil. Ələ salınan da belələridir.

- Zaur Kamal Afşin Azərini efirdən qovanda aparıcıya dəstək oldunuz. Sizcə, aparıcı bu hərəkətində haqlı idimi?

- Mən qonaq getdiyim evdə ev sahibinə nəyi necə etdəcəyi ilə bağlı təlqin edə bilməyəcəm kimi, eləcə də qonaq efir aparcısına istiqamət verməməlidir. Aparıcıya ağıl vermək heç kimin işi deyil. O da bunu edib cavabını aldı. Mən Zaurun bu hərəkətinə haqq qazandırıram.

- Amma o söz efirdən əvvəl deyilmişdi. Sizcə, efirdən əvvəl, yoxsa efir vaxtı cavab verilməliydi?

- Təbii ki efirdən əvvəl cavab verilməliydi. Amma ola bilsin ki, efirdən əvvəl cavab verilsəydi, Zaura şər də atıla bilərdi. Ona görə hər şeyi efirdən demək daha doğru idi. Aparıcı ona daxili işlərinə müdaxilə etdiyi üçün irad tutdu. Afşin Azəri ağıl öyrətməkdənsə, gözəl səsli müğənniləri efirə çıxarılmasını xahiş etməliydi.

- Amma Afşin Azərinin dediyini müğənnilərimiz də deyir. Hətta, aparıcının dediyinə görə, bir xalq artistinin efirdə onun yanında özündən kiçik hesab elədiyi müğənninin oturmasıyla bağlı Zaura irad da bildirib...

- Yəqin, sənətinin kiçilməsi baxımından deyib.

- İzləyiciləriniz sizin aparıcının tərəfini saxlamağınızı bir neçə il öncə Xəzər Tv- də yayımlanan “Beşdə beş” verilişində Zaur Kamalın “Dünyanın ən zil səsli müğənnisi” mükafatını verməsiylə əlaqələndirdi. Bu iddialarda doğruluq payı varmı?

- Zaur neçə illərin aparıcısıdır. Həmin mükafat mənə ictimaiyyətin çoxsaylı rəyinə əsasən verilib. Orada bəstəkar Elza Seyidcahan mükafatın ona verilməsini xahiş etdi. Zaur da münsif və ictimaiyyətin rəylərinə əsasən təyin edildiyini deyərək, mükafatı ona yox, mənə təqdim etdi.

- Sizcə bu mükafat sizə sataşmaq üçün verilməmişdi?

- Niyə sataşsınlar ki?! Mənim səsim göz qabağındadır. Sosial şəbəkələrdə hər cür adamlar var. Bəzi mənşəyi bilinməyənlər müğənniləri səhər-axşam otellərə daşıyırlar. Bunların dediklərinə fikir vermək olmaz.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur (VİDEO)

    Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur ...

    28-12-2013, 03:22

  • 
  • Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs edilib

    Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs ...

    21-05-2015, 23:39

  • 
  • Maral Tahirqızı rüsvayçı videosundan danışdı: “Stolun altından çəkiblər...”

    Maral Tahirqızı rüsvayçı videosundan danışdı: ...

    24-04-2018, 21:08

  • 
  • Qız Xırdalanda avtobus dayanacağında "maral, maral"  oynadı-VIDEO

    Qız Xırdalanda avtobus dayanacağında "maral, ...

    24-06-2013, 01:26

  • 
  • Maral Tahirqızı: “Ledi Qaqa və Şakira mənə məktub göndərib” – VİDEO

    Maral Tahirqızı: “Ledi Qaqa və Şakira mənə məktub ...

    11-10-2014, 12:44


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu