http://www.youtube.com/watch?feature=player_embedded&v=u-s6-z5TlEo#at=46 Həm də son dövrlərin toylarında ən çox səsləndirilən "maral, maral" mahnısına
Bakının küçələrində əqli cəhətdən anormal olan insanların musiqisiz filansız qol götürüb sındırmasının şahidi olmuşduq. Amma normal bir qızın atobus dayanacağında oynamağını heç görməmişdik. Bunu da gördük. Həm də son dövrlərin toylarında ən çox səsləndirilən "maral, maral" mahnısına.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə Xırdalan dairəsində, avtobus dayanacağənda gənc bir qızın adıçəkilən mahnıya qol götürüb oynadığını əks etdirən video yayılıb. Videoda qızın nə az, nə çox dörd dəqidən çox mahnının sədaları altında sındırdığı görünür. Heç ətrafladkılara da fikir vermir. Nə yanlarından ötüb keçənlərə, nə də dayanıb baxanlara… Heç yandan ötənlər də ona əhəmiyyət vermirlər. Sanki hər gün qarşılaşdıqları adi bir hadisədir. Yalnız bir-iki gənc dayanıb əndamını yırğalayan qızın hərəkətlərini izləyirlər. Qız isə öz ampulasındadı…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?