Cazibədar müğənni Xana Ağazadə yenə qalmaqallı açıqlamasıyla gündəmə gəlib.
Müğənni Showlife.Az-a açıqlamasında Moskvada striptiz klubda baş tutan konsertindən danışıb.
Bu hadisə Rusiyada olub. Mən orada sadəcə oxumuşam, başqa hərəkət etməmişəm. Dünyada tanınmış ulduzlar belə şoular göstərərək öz solo konsertlərində bunu bir epizod kimi nümayiş etdirirlər. Dima Bilan Bakıda alt paltarını tamaşaçılara göstərəndə bəzi qızlar az qalırdı onun üstündə bir birlərini qırsınlar. Ceniffer Lopesin əksər açılış şouları əlində əsa olan girişlə başlayır, əsl striptiz şoular bunlardır və milyonlarla insan da bu şouları izləyir. İndi müasir səhnə performansları da bu şoular üzərində qurulur.
Əgər mənim Moskva klubunda ifa tərzim striptizdirsə, bəs Azərbaycanda minlərlə insanın iştirak etdiyi konsert zallarında yubkası göylərə uçan, bədənin bütün hissələrini tamaşaçılara göstərən müğənnilərinki nədir? Striptiz, Performans yoxsa şou? İndi özünüz seçin!
Hər halda mənimki şoudan heç də fərqli deyil, üstəgəl mənim alt paltarımı hələ görən olmayıb.
Qeyd edək ki, sentyabr ayında Fərda Xudaverdiyevin "Stand up" adlı yumoristik konsertində səhnəyə dəvət alarkən külək tanınmış müğənni Günay İbrahimlinin qısa yubkasını azacıq qaldırıb və o, əli ilə ətəyini saxlayıb. Fərda Günayı oturmaq üçün səhnədəki divana dəvət etdikdə isə külək bu zaman onu pis vəziyyətə salıb. Oturarkən yubkası daha da yuxarı qalxan Günay bu anı gülərək yola verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?