Gundemxeber.az » Maqazin » Cüneyt Arkının vəsiyyəti ailəsində miras davasına səbəb oldu
Türk kinosunun ustadı Cüneyt Arkının 2009-cu ildə yazdığı vəsiyyətinin üzə çıxmasından sonra övladları arasında böhran yaranıb...
Gundemxeber.az xəbər verir ki, Arkının ilk evliliyindən olan qızı vəsiyyətinə etiraz edib.
Məşhur sənətçi Cüneyt Arkın ötən il iyunun 28-də 84 yaşında dünyasını dəyişib. Arkının 14 aprel 2009-cu ildə öz əli ilə yazdığı vəsiyyəti İstanbul Sülh Məhkəməsində ailəsinə elan edilib.
Hökumətə yaxın media orqanlarından olan “Sabah”ın xəbərinə görə, Cüneyt Arkın tərəfindən hazırlanan vəsiyyətnamədə Beşiktaş Leventdəki daşınmaz əmlakı həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır ilə paylaşılıb.
Arkının Gülər Mocanla ilk evliliyindən dünyaya gələn Filiz Cüreklibatır isə atasının vəsiyyətinə etiraz edib.
Gundemxeber,az
7-07-2016, 14:38
28-06-2022, 16:40
23-04-2021, 15:13
4-11-2017, 15:27
28-06-2021, 09:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?