İstanbulda keçən il ölü tapılan Yağmur Güneş və Uğur Can Taşdemiri öldürdüyü iddiasıyla təqsirləndirilən Güneşin əmisi oğlu saxlanılıb.
Ərindən boşanan 27 yaşlı Yağmur Güneş ilə 19 yaşlı Uğur Can Taşdemir sevgili olduqdan sonra Taşdemirin ailəsi ilə birgə yaşamağa başlayıb. Cütlüyün birlikdə olmağına qarşı çıxan Güneşin əmisi oğlu Cüneyt Güneş görüşmək istədiyini deyib.
Yağmur Güneş də "Qardaş, bizlə işin olmasın. Mən burada xobəxtəm, istəyirsən, gəl gör" deyib. Cüneyt Güneş danışmaq üçün görüşdüyü cütlüyü İstanbulun Eyüp rayonunda boş bir ərazidə silahla öldürüb. Cinayətdən 10 ay sonra saxlanılan Cüneyt Güneş İstanbul Ağır Cəza Məhkəməsindəki prosesdə iki dəfə barəsində ömürlük həbs tələbi qaldırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?