Gundemxeber.az » Maqazin » Cavanşir Məmmədovdan QALMAQALLI AÇIQLAMA - "Desələr, sənə 10 min veririk, bunu elə..."
“Desələr ki, sənə on min manat veririk, efidə aparıcının qarşısında ayağını ayağının üstünə aşırıb otur, bunu etmərəm”.
Bu sözləri müğənni, əməkdar artist Cavanşir Məmmədov deyib.
Sənətçi efir mədəniyyətinə zidd gedən həmkarlarını sərt tənqid atəşinə tutub.
O, həmkarlarına səslənərək ismarış da yollayıb:
“Efirə milyonlar baxır. Ürəyin istəyir, get evində necə istəyirsən, elə otur. Mən bunu deyirəm, kimin xoşu gəlirsə gəlsin, gəlmirsə qəmi kəm. Flora Kərimova, Akif İslamzadənin bir dəfə efirdə ayağını ayağının üstünə aşırıb oturduğunu görmüsüz?
Mən Azərbaycan icəsənətinin, mədəniyyətinin, səhnəsinin ölənə qədər əsgəriyəm. Kim düzdürsə, düzünü deyəcəm, əyridirsə əyrisini. Kim yaxşı oxuyursa, deyəcəm yaxşı oxuyur, kim pis oxuyursa, deyəcəm pis oxuyur. Eləcə də kim bir də efirdə ayağını ayağının üstünə aşırıb otursa, mənim tərəfimdən cavabını alacaq”.
Müğənni bu sözləri efirdə deyib.
GUNDEMXEBER.AZ
27-12-2017, 00:10
11-12-2017, 17:27
16-09-2014, 13:37
13-06-2018, 11:27
28-04-2017, 10:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?