Gundemxeber.az » Maqazin » Ronaldo sevgilisi barədə yayılan iddialara bu foto ilə cavab verdi
Son həftələr aqressiv hərəkətləri ilə diqqətçəkən portuqaliyalı ulduz Ronaldo haqqında yayılan xəbərlərə yeni foto paylaşmaqla cavab verib.
Gundemxeber.az xarici mətbuata istinadla xatırladır ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında çıxış edən Ronaldo əsəbi olmasının və buna görə oyunlarda da potensialını göstərə bilməməsinin 8 ildən çoxdur sevgili kimi yaşadığı Corcina Rodriqeslə əlaqləndirilməsinə özünəməxsus formada reaksiya verib.
Belə ki, Kriştiano Ronaldo 580 milyon izləyicisi olan "İnstagram"dakı hesabında sevgilisi Georgina Rodriguez ilə dodaq-dodaq şəklini paylaşıb.
Bununla da o, Rodriqeslə bağlı yayyılan xəbəri də təkzib etmiş olub.
Yeri gəlmişkən, Ronaldonun sevgilisi də barələrində yayılan iddiaları "dedi-qodu" adlandırıb.
Xatırladaq ki, ilk olaraq İspaniya mətbuatının yazılan görə, Kriştiano Ronaldo guya yaxın ətrafına Georgina Rodriguezin hərəkətindən bezdiyini deyib: "Ronaldo yaxın dostlarına deyib ki, Georgine bütün gününü alış-veriş mərkəzlərində keçirir. Bu səbəbdən bezib. Ronaldo "O, ancaq pul xərcləməyi bilir, elə xərcləyir, xərcləyir və xərcləyir, başqa heç nə bilmir", -deyə dostlarına şikayətlənib. Bu sözlərindən sonra dostları Ronaldoya "əgər onunla rahatlıq tapa bilmirsənsə, ayrıl, getsin" məsləhəti veriblər...".
Gundemxeber.az
15-07-2014, 01:39
27-04-2023, 15:57
27-04-2018, 22:47
7-09-2015, 17:14
4-03-2021, 13:19
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?