"Maşınım kreditdədi. Hardasa, 50 min manat kreditim qalıb"
Şou-biznes Daim diqqət mərkəzində olan şou əhlinin kredit borcları ilə maraqlandıq. Tanınmışların kredit borcları ilə bağlı sorğunu sizlərə təqdim edir:
Rəqqasə Fatimə Fətəliyeva: “Oyyy... canım mənim, 18 min manat kreditim var. Maşın almaq üçün kredit götürmüşəm”.
Müğənni Günay İbrahimli: “Əlbəttə, kreditim var. Maşınım kreditdədi. Hardasa, 50 min manat kreditim qalıb. Amma mən tez-tez ödəyirəm ki, balansımdan pul çıxsın. Vaxtını gözləmirəm. Pul olan kimi ödəyirəm”.
Müğənni Sevda Yəhyayeva: “Hal-hazırda kreditim yoxdu. Amma əvvəl var idi, ödədim bitdi. Hər şeyi birdən almaq olmur. Müğənnilərin əksəriyyətinin krediti var. Çünki klip çəkdiririk, mahnı yazdırırıq. Hər kəs büdcəsinə uyğun kredit götürür. Mən qiymət açıqlamağı sevmirəm”.
Müğənni Nadir Qafarzadə: “Nə danışırsız? Kreditim yoxdu”.
Sevinc və Sevil Səfərova bacıları: “Varrrr. Bilirsiz nə qədərdi? Mənə adətən “Kredit Seva” deyirlər. Hər kəsin, müğənnilərin əksəriyyətinin krediti var. Elə bizim də. Bir dəfə mahnı üçün kredit götürmüşdük. 1 il keçib, hələ də ödəyə bilmirik. Ayda 253 manat ödəyirik. Ancaq maşınımız da kreditdədi.”
Müğənni Aysel Əlizadə: “Kreditim var. Maşınım kreditdədi. 20 min manata yaxındı.”
Xalq artisti Faiq Ağayev: ”Heç vaxt kreditə və ya borca nəsə almamışam”.
Əməkdar artist, aktrisa Kəmalə Hüseynova (Müzəffəri): “Mənim həyat yoldaşım Vaqifə kredit borcum var. Lazım olanda, istədiyim məbləğdə ondan kredit alıram. Zaman-zaman ödəyirəm”.
Xalq artisti Səməd Səmədov: “Heç vaxt kreditim olmayıb. Məsləhət də görmürəm.”
Rəqqasə Aytən: “120 min kreditim var idi. Ama şükür bitirmişəm. Maşınımın krediti idi“.
Əməkdar artist Abbas Bağırov: “Belə suallar şəxsi suallardı. Bu suallara cavab vermək istəmirəm. Kiminsə xoşuna gəlir və reklam üçün açıqlaya bilər. Kreditim olsa da, olmasa da bu haqda danışmağı sevmirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?