İsveçdə keçiriləcək "Avroviziya 2024” mahnı müsabiqəsinə hələ altı aya yaxın vaxt var. Amma bukmeker artıq mahnı müsabiqəsində kimin qalib olacağını düşünürlər. Lakin hələ bu musiqi tədbirində yalnız Fransa öz nümayəndəsini müəyyənləşdirib.
Gundemxeber.az Eurovisionworld saytına istinadən bukmeker kontorlarının "Avroviziya 2024” mahnı müsabiqəsində kimin qalib gələcəyinə dair proqnozlarını bölüşür.
Noyabrın 15-nə olan məlumata görə, bukmeker kontorlarının fikrincə, İsrail təmsilçisinin müsabiqədə qalib gəlmə ehtimalı daha yüksəkdir. İkinci yerdə Ukrayna gəlir. İsveç gələcək müsabiqənin ilk üçlüyü bağlayır. Qələbə üçün top-10 namizəd aşağıdakılardır: İsrail Ukrayna İsveç İtaliya Norveç Fransa İspaniya Finlandiya Azərbaycan Niderland və Böyük Britaniya 10-cu yeri bölüşürlər
Qeyd edək ki, bu günə qədər yalnız fransızlar "Avroviziya 2024”dəki təmsilçisini müəyyənləşdiriblərş qərar verib. Fransanı müsabiqədə "The Voice” istedad şousunun 5-ci mövsümünün qalibi 34 yaşlı müğənni Slimane "Mon amour” mahnısı ilə təmsil edəcək. İsveçin Malmö şəhərində "Malmö arenada” baş tutacaq müsabiqənin ilk yarımfinalı mayın 7-də (çərşənbə axşamı), ikincisi mayın 9-da (cümə axşamı) keçiriləcək.
"Avroviziya 2024” mahnı müsabiqəsinin Böyük Finalı mayın 11-də baş tutacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?