"Törətdiyim əməli düşünmədən etmişdim. Nəyisə sübut edim deyə yox. Bu, sevgimə görə fədakarlıq idi. Günahkar yox, fədakaram. Ani qərarlar verən insanam. Amma qanunu pozdum, səhvə yol verdim. Qanunu pozduğum üçün cəza çəkdim".
GUNDEMXEBER.AZ xəbər verir ki, bu sözləri "Mirinin dibçəyi" yutub layihəsində müğənni Fədayə Laçın deyib. Sənətçi bu hadisədən sonra insanların ona sevgisinin artdığını bildirib
"Çoxluq hazırda belə etdiyimə görə mənə haqq qazandırır. Xalqın sevgisini çox çətinliklə qazanmışam. O hadisədən sonra birə beş yox, birə on insanların mənə olan sevgisi, hörməti artıb. Hara gedirəmsə insanlar məni dəstəkləyir".
Qeyd edək ki, müğənni 2017-ci ildə həbs edilib. Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?