Xalq artisti İlhamə Quliyeva müğənni Natavanın cavabını verib. Primadonna “Mən prezident deyiləm ki, kiməsə titul verəm. Bu adlar sevdiyim insanlara xoş müraciətimdir. Natavana “prinsessa” demişəm. Bu ona haqq qazandırmır ki, gedib Xalq artisti Aygün Kazımovanı təhqir etsin” deyə vurğulayıb.
Natavana müraciət edən İ.Quliyeva onu verdiyi tituldan istifadə edərək başqalarına nalayiq söz söyləməkdən çəkinməyə çağırıb: “ Ona verdiyim tituldan, adımdan istifadə edib, başqalarına nalayiq sözlər deməsin. Xalq artistinin şərəf və ləyaqətinə heç kəs toxunmamalıdır. Hər zaman demişəm ki, sizdən böyük sənətkara hörmət edin. Natavanın söylədiyi heç bir sözün arxasında dayanmıram. Bunu özümə yaraşdırmaram.
Onun Aygün Kazımovanın ünvanına dediyi sözlərin əleyhinəyəm. Demək istəyirəm ki, Natavan Aygünə hörmət etməlidir. Ümumiyyətlə, xalqın sənətkarlarına hörmət etmək lazımdır. Natavan susub yerində otursun . Böyüyü təhqir etməzlər. Hamısına sözüm odur ki, mehriban olsunlar”.
Xatırladaq ki, müğənni Natavan Həbibi sənətçi Aygün Kazımovanın ünvanına xoşagəlməz sözlər deyib.
Sorğu
Yeni dizaynımız necədir?