Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova İlhamə Quliyevanın ünvanına sərt ittihamlar səsləndirib. Xalq artisti özünün “İnstagram” səhifəsində İlhamə Quliyevanın ünvanına bu sözləri deyib: “Azərbaycan qadınının, Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz İlhamə Quliyeva.”
Müğənninin bu ittihamına cavab özünü çox gözlətməyib. Xalq artisti İlhamə Quliyeva “Qafqazinfo”ya zəng edərək bunları deyib:
“Mən Nizami Cəfərovun açıqlamasına reaksiya vermişdim və millət vəkilini dəstəkləyərk bildirmişdim ki, xalq artistləri arasında etikadan kənar davranlışlar yol verilməzdir və onlar cəzalandırılmalıdırlar. Göründüyü kimi tərəflərdən heç kimi təhqir etməmişdim. Aygün Kazımovanın mənə bu şəkildə cavabı onun kimliyini ortaya qoyur. Kim-kim heç olmasa, Aygün danışmasın... Bu sözlərinə görə o, qanun qarşısında, hüquqi müstəvidə cavab verəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?