Əməkdar artist Firuzə İbadovanın bacısı, aktrisa Rəhilə İbadova həbsxanadan çıxıb.
2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən aktrisa dekabrın 11-də azadlığa buraxılıb. Artıq ailəsinin yanında olan aktrisa azadlıqda ilk təssüratlarını APA TV ilə bölüşüb:
"Yaxşıyam, müstəntiqimiz tutulandan sonra lap əla oldum. Çünki düzgün iş aparmadı. Həm pulum getdi, həm canım. 8 il verilmişdi. Ancaq bəraət kimi verildi, tez çıxdım".
Rəhilə İbadova bundan sonra da aktrisalıq fəaliyyətini davam etdirəcəyini deyib: "Bir az özümə gəlim, stressdən çıxaram. Studiyaya gedərəm, çəkiliş edərəm. Mən hələ fəaliyyətimi davam etdirmək şücaətindəyəm. 38 ilin aktrisasıyam, sənət adamıyam. Bu da bir qara xəttidir. Allah sevdiyi bəndələrini sınağa çəkir".
Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Dövlət İncəsənət bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. “Tık-tık xanım”, “Cırtdan” və bir çox nağılın qəhrəmanını canlandırıb, cizgi filmlərinin səsləndirilməsində iştirak edib, “Adam ol” filmində çəkilib. 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır.
2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?