Əməkdar artist Firuzə İbadova maddi vəziyyətinin yaxşı olmadığından söz açıb. Müğənni bunları söyləyib: “İndiyə qədər heç bir yerdə danışmamışam. Düşünmüşəm ki, düzələr. Ancaq... Bir gün ev almaq qərarına gəldim. Oradan-burdan borc-xərc etdim, ev aldım. İndi 70 min borcum var. Hər ay 2 min 400 manat pul ödəməliyəm. Amma 1 ilə yaxındır ki, o pulu ödəməyə imkanım yoxdur. Borcun içində batıram. Pulu ödəyə bilməsəm məni evdən çıxaracaqlar. Çox yerə müraciət etmişəm. Amma müraciətimə cavab verən olmayıb. 40 ildir ki, sənətdəyəm .Bütün dövlət tədbirlərində iştirak etmişəm. Yəqin mənə də ev verərlər. Bir çoxları düşünəcək ki, Firuzə də ağlamağa başlayıb? Amma bu, belə deyil. İllərdir susmuşam. Elə ona görə bu gündəyəm.26 sot torpağım var idi. Onu satmaq qərarına gəldim. 500 manat beh alıb, satdım. Elə qazancım 500 manat oldu. Torpaq satdığım şəxs dünyasını dəyişdi. Mən də kimə nə deyə bilərdim ki? Beləcə, torpağım da əlimdən çıxdı”.
Sorğu
Yeni dizaynımız necədir?